Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Masallı Rayon Mərkəzi Xəstəxanasında ölü dölün doğulması faktı ilə bağlı araşdırma aparılır...

Baş Prokurorluğun Mətbuat xidmətindən Poliqon-a daxil olmuş məlumata görə, iyulun 16-da Masallı rayon sakini 2007-ci il təvəllüdlü Səfurə Qubadovanın 40 həftəlik dölün baş gəlişi, doğuşun 1-ci dövrü, ölü döl diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olması faktı ilə bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.

***

Masallıda körpə ölümü qeydə alınıb. İyulun 15-də Masallı rayonu, Təklə kənd sakini, 2007-ci il təvəllüdlü Səfurə Elvin qızı Qubadova 40 həftəlik dölün (USM-ə görə 36 həftəyə uyğun) bətndaxili ləngiməsi, dölyanı mayenin azlığı diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Doğuş və ginekologiya şöbəsinə daxil olub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, müayinə olduqdan sonra daha ixtisaslı tibbi yardım üçün təcili tibbi yardım ilə saat 15:45-də Lənkəran Regional Perinetal Mərkəzə göndərilib:

"Pasiyent qeyd olunan xəstəxanada yatmaqdan imtina edib, iyulun 16-da saat 04:00-da 40 həftəlik (USM-ə görə 36) baş gəlişi, doğuşun 1-ci dövrü, ölü döl diaqnozu ilə yenidən Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Saat 05:30-da cinsi qız, çəkisi 2.8 kq, boyu 49 sm çəkidə ölü uşaq doğulub".

***

APA - nın cənub bürosunun verdiyi məlumata görə, Masallı rayonunun Böyük Təklə kənd sakini 2007 - ci il təvəllüdlü Səfurə Elvin qızı Qubadova doğuş üçün Masallı rayon mərkəzi xəstəxanasının ginekologiya və doğum şöbəsinə müraciət edib. Ananın müayinəsi aparılıb və Lənkəran regional Perinatal mərkəzə göndərilib. Lənkəranda bildiriblər ki, doğuş təbii yolla olmalıdır və Lənkəranda qalmağı məsləhət görülüb. Özünü yaxşı hiss etdiyini deyən ana yenidən Masallıya qaytarılıb. Bu səhər ağrıları olan S. Qubadova doğuşa götürülüb. Doğuş zamanı çəkisi 2,8 kq olan ölmüş qız uşağı dünyaya gəlib.

Yaxınları bildirir ki, uşağın ölümünə səbəb həkim səhlənkarlığıdır.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Poliqon.info


Etiket: Körpə Ölüm


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Ən çox oxunanalar