Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orban Mişeli Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə çağırıb

Macarıstanın baş nazirinin Avropa Şurasının rəhbərinə göndərdiyi məktubda o, Çinlə də “sülh konfransı” haqqında danışıqlar aparmağa çağırır...

Macarıstan hökumətinin başçısı Viktor Orban Avropa Şurasının prezidenti Şarl Mişeli Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə çağırıb.

Poliqon xəbər verir ki. bu barədə Almaniyanın “Bild” nəşri yazır.

Nəşrin məlumatına görə, Orbanın Mişele göndərdiyi məktubda o, Çinlə “sülh konfransı” ilə bağlı danışıqlara da çağırır.

Həmçinin, məktubda Rusiya ilə diplomatik münasibətləri bərpa etmək və Ukrayna münaqişəsi ilə bağlı mövqeyinə görə nüfuzunu itirmiş Avropa İttifaqının cənub ölkələrinə qarşı siyasi həmlə həyata keçirmək təklifi də var.

Qeyd edilir ki, Orbanın Mişelə göndərdiyi mesaj on maddəyə bölünür, sənədin uzunluğu A4 formatında bir yarım səhifədir.

Orbanın mesajda verdiyi qiymətləndirməyə görə, yaxın gələcəkdə hərbi qarşıdurmanın intensivliyi köklü şəkildə artacaq.

Məktub həmçinin Orbanın Vladimir Zelenski, Rusiya, Çin, Türkiyə liderləri, eləcə də ABŞ-ın keçmiş prezidenti Donald Trampla son danışıqlarının qısa qiymətləndirilməsini ehtiva edir. Bundan əlavə, məktubda baxılması üçün bəzi təkliflər var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ən çox oxunanalar