Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Krokus Siti Holl-dakı terrorda rusların da əli olub

Moskva yaxınlığındakı "Krokus Siti Holl" konsert zalında törədilən terror aktında Rusiya vətəndaşları da daxil olmaqla, Mərkəzi Asiya və Avropa ölkələrindən olan nümayəndələrdən ibarət beynəlxalq komanda iştirak edib...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bu barədə "Rosfinmonitorinq"in rəhbəri Yuri Çixançin Federasiya Şurasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, istintaq davam edir.

"Ancaq deyə bilərəm ki, bu, müxtəlif ölkələrdən olan nümayəndələrdən ibarət beynəlxalq komandadır. Bunlar Mərkəzi Asiya ölkələrinin, Avropa ölkələrinin nümayəndələridir və aralarında çoxlu ruslar var", deyə Çixançin bildirib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəis müavini Sergey Ryabkov bildirib ki, "Krokus Siti Holl" konsert zalında törədilən terror aktının maliyyə izi xarici müştərilərə aparır.

Martın 22-də axşam saatlarında Krasnoqorskdakı "Krokus Siti Holl" konsert zalında terror aktı baş verib. Pulemyotlarla silahlanmış bir neçə şəxs atəş açıb və daha sonra konsert məkanında hücumu davam etdirib. Ardınca binada yanğın baş verib.

"Krokus Siti Holl"dakı terakt 2004-cü ildə Beslandakı terror aktından sonra Rusiyada ən qanlı terror aktıdır. Hadisə nəticəsində ən azı 144 nəfər ölüb, 360-dan çox insanın yaralanıb.

"Krokus Siti Holl" Rusiyanın Krasnoqorsk şəhərində yerləşən konsert zalıdır. "Krokus Siti Holl"un təsisçisi azərbaycanlı iş adamı Araz Ağalarovdur. O, zalın inşasına 70 milyon dollar sərmayə yatırıb. "Krokus Siti Holl" 2009-cu il oktyabrın 25-də açılıb və Müslüm Maqomayevin xatirəsinə adlandırılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Ən çox oxunanalar