Çərşənbə axşamı, 09 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətəndaşlara saxta məktublar göndərən kimdir?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfindən Azərbaycan banklarının adından e-poçtlar vasitəsilə saxta məktublar göndərildiyini qeydə alıb.

Nazirlikdən verilən məlumata görə, məktublarda qeyd olunur ki, guya əsas serverlər erməni hakerlər tərəfindən hücuma məruz qaldığından məktublar “proxy” serverlər üzərindən göndərilir. Müraciətdə o da qeyd olunur ki, guya kiber hücumlarla bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Mərkəzi Bank vətəndaşları bank hesablarından vəsaitlərini çıxarmağa çağırır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribatdır. Düşmənin məqsədi dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

Vətəndaşlardan bir daha xahiş olunur ki, tanımadıqları şəxslərdən gələn məlumatlara etimad etməsinlər və öncə məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar.

Həmçinin vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər. Baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zirəddin Rasimin ölümü ilə bağlı həqiqətləri açdı - "Boğulmayıb..." - Video

Prezident Beyləqana yeni icra başçısı təyin edib

Ata 13 yaşlı qızına təcavüz etdi: 18 il həbs olundu

Qusar Rayon İcra Hakimiyyətinə başçı təyin edilib

Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib - Sərəncam

Bakıda sünnət edilən 4 aylıq körpənin ölümü ilə bağlı təfərrüat

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlanıb

Azərbaycanda 2024-cü ildə qız və oğlanlara qoyulan ən populyar adlar məlum olub

Ən çox oxunanalar