Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yağışdan çıxıb yağmura düşən Fransa...

Artıq Makronun avantürası kimi dəyərləndirilən Fransa seçkiləri arxada qaldı...

Kənan Novruzov: “Makronun çıxış yolu kimi gördüyü növbədənkənar seçkilər Fransanı daha ağır bir böhranın içinə salmış oldu”.

“Makron bu prosesdən dərs çıxarıb öz daxili və xarici siyasətinə əl gəzdirməsə, yenə də kolonial siyasətini davam etdirsə, istisna etmirəm ki, Makronun vaxtından əvvəl istefası tələb oluna bilər”.

Bu sözləri politoloq Kənan Novruzov Fransada keçirilən seçkinin nəticələrini Poliqon-a şərh edərkən qeyd edib.

Artıq Makronun avantürası kimi dəyərləndirilən Fransa seçkiləri arxada qaldı. Seçkilərin nəticələrinə görə isə heç bir partiya hökumət qumaq üçün çoxluğa sahib deyil. Onu da bilirik ki, Fransada tarixən koalisiya hökumətləri qurulmayıb.

Bu baxımdan hazırda Fransada yaranmış siyasi vəziyyəti necə dəyərləndirmək olar? Seçkilərin qalibi olan mərkəz solçular Makronun partiyası ilə koalisiya qurmayacaqlarını elan edib. Bu durumda Fransadakı siyasi böhran hansı nəticələr doğura bilər?

Fransada baş verən prosesləri Poliqon-un əməkdaşı "Report" İnformasiya Agentliyinin əməkdaşı, politoloq Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “İndi Makronun prezident kimi qalmasına baxmayaraq, o dayağını itirəcək”.

Seçkilərin Makronun həm daxili, həm də xarici siyasətinə təsir edəcəyini vurğulayan politoloq Poliqon-a bildirib ki, eyni zamanda, müxalif qütb güclənə bilər:

“Ümumiyyətlə, Makronun imkanları zəifləyəcək. Çünki əvvəl hökumətdə Makronun öz partiyası üstünlük təşkil edirdi. Buna görə də, Makronun siyasəti dəstəklənirdi. Amma indi Makronun prezident kimi qalmasına baxmayaraq, o dayağını itirəcək. Yəni Emmanuel Makronun söykənəcəyi dayaqlar olmayacaq.

Bu da o deməkdir ki, perespektivdə Makron daha əvvəlki kimi “at oynada” bilməyəcək. Bu da Makronun həm daxili, həm də xarici siyasətinə təsir edəcək. Eyni zamanda, müxalif qütb güclənə bilər.

Bildiyimizkimi, Fransa prezidentinin səlahiyyətlərinin müddəti 2027-ci ildə başa çatacaq. Makron bu prosesdən dəsr çıxarıb öz daxili və xarici siyasətinə əl gəzdirməsə, yenə də kolanist siyasətini davam etdirsə, istisna etmirəm ki, Makronun vaxtından əvvəl istefası tələb oluna bilər.

Hazırda isə əsas problem Fransada hansı partiyanın hökümət qurmasıdır. Artıq mərkəz solçular hökümətin qurulması ilə bağlı səlahiyyətin onlara verilməsini istəyirlər. Eyni zamnda solçular Makronun partiyası ilə koalisya qurmaqdan da imtina edirlər. Makron da öz növbəsində hökümətin solçulardan ibarət olmasına qarşıdır. Bu da o deməkdir ki, yaxın zamanlarda Fransanı daha böyük və ciddi siyasi sarsıntılar gözləyir. Yəni Makronun çıxış yolu kimi gördüyü növbədənkənar seçkilər Fransanı daha ağır bir böhranın içinə salmış oldu”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Ən çox oxunanalar