Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlil arabasında oturan adam Osloda kral sarayına od vurmağa çalışıb

Oslodakı Kral Sarayına iki molotov kokteyli atılıb. Yanğın törətmək cəhdi əlil arabasında oturan şəxs tərəfindən edilib...

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi iyulun 9-da Norveç polisindəki mənbəyə istinadən məlumat yayıb.

“Elektrikli əlil arabasında oturan bir adam Oslodakı Kral Sarayına bir neçə yandırıcı əşya atıb”, deyə DPA-nın məlumatında bildirilir.

Qeyd edilir ki, binanın infrastrukturuna ziyan dəyməyib. Yanğın tez bir zamanda söndürülüb, xəsarət alan da olmayıb. Hücum etdiyi iddia edilən şəxs hadisə yerində saxlanılıb.

Hadisə şahidinin sözlərinə görə, şübhəli şəxs əlində bomba olduğunu iddia edib. Bundan sonra o, kral iqamətgahına doğru iki şüşə molotov kokteyli atıb.

Saxlanılan şəxsin hərəkətlərinin səbəbləri və motivləri hələ müəyyən edilməyib. Hadisənin bütün hallarının aydınlaşdırılması üçün araşdırma aparılır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar