Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqtonla Ankara arasında isti küləklər əsir - Bayden Ərdoğanı ABŞ-a dəvət edəcək...

ABŞ prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ABŞ-a səfərə dəvət edə bilər...

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

“Türkiyə-Amerika münasibətlərində böhran yoxdur. Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqlədikdən sonra Türkiyə-Amerika münasibətlərindəki ab-hava dəyişib. İş o yerə çatıb ki, biz F-16-nın Türkiyəyə satışının təsdiq edilib-edilməyəcəyi barədə danışarkən ABŞ bizim F-35 layihəsinə qayıtmağımız məsələsini gündəmə gətirib”, deyə nəşr yazır.

Qəzet qeyd edir ki, ABŞ öz “xoş niyyəti” ilə daha da irəli gedərsə və təklif irəli sürərsə, yeni vəziyyət yaranacaq.

“Ankara bu vəziyyəti gözardı edə bilməz. Türkiyə ilə ABŞ arasında münasibətlərin gedişində bir məqam var ki, onu da nəzərdən qaçırmaq olmaz. NATO-nun genişlənməsi prezident Bayden üçün “qırmızı bayraq” idi. Biz bunu dəstəklədik, amma bu, təmənnasız dəstək olmadı. Bu məsələnin digər tərəfində ABŞ-ın Yaxın Şərqdə Türkiyəyə ehtiyacı var. Bayden seçkiyə gedən yolda İraqSuriyadan qoşunların çıxarılmasını müzakirə edir. Bu vəziyyətdə ABŞ-ın Türkiyəyə ehtiyacı var. Əslində, bu vəziyyət ABŞ-dakı ehtiyacımızdan da böyükdür. Prezident Baydenin Ərdoğanı ABŞ-a səfərə dəvət etməsi Türkiyə-ABŞ münasibətlərində “yaz havasını” taclandıracaqmı? Niyə də yox?” deyə “Hürriyet” yazır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var – Foto

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Ən çox oxunanalar