Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqton Putin-Ərdoğan layihəsinə qarşı çıxır, Azərbaycanın layihəsini dəstəkləyir


ABŞ hakimiyyəti Vaşinqtonda keçirilən Ümumdünya qaz konqresi zamanı Rusiya qazının Avropa bazarlarına nəqlini artırmaq üçün nəzərdə tutulan “Şimal axını-2” və “Türk axını” kəmərinin ikinci qolu kimi layihələrə qarşı olduğunu bildirib


Virtualaz.org RBC.ru-ya istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert bəyanat verib.

Diplomat deyib ki, bu boru kəmərləri Avropanın Rusiyadan energetika asılığını dərinləşdirəcək. Noyertin sözlərinə görə Dövlət Departamenti Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan “Cənub Qaz Dəhlizi” kimi layhələrə dəstək verir. Habelə Polşanın ABŞ-dan sıxılmış qaz almaq barədə 20 illik müqavilə bağlamasını alqışlayır.



Noyert “Şimal axını-2” layihəsində işləyən şirkətlərə qarşı ABŞ tərəfindən sanksiyaların tətbiq ediləcəyini mümkün sayıb. Onun sözlərinə görə, həmin firmalar “Amerikanın rəqiblərinə sanksiyalarla təsir” haqda qanunun (CAATSA) təsiri altına düşə bilər.

Xatırladaq ki, bir neçə ay əvvəl Rusiya və Türkiyə “Türk axını” qaz kəməri layihəsinin Yunanıstana doğru ikinci qolunun çəkilməsi barədə razılıq əldə ediblər. Əvəzində “Qazprom” Türkiyəyə qaz satışında 1 milyard dollarlıq endirim edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı açıqlandı

İsveç millisinin baş məşqçisi: "Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan"

Ən çox oxunanalar