Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vacib məsləhət: “Saat 12:00-dan 17:00-a qədər açıq günəş şüasına məruz qalan yerlərdə olmayın”

Günün çox hissəsini açıq havada keçirdikdə və günəş şüaları altında fiziki işlə məşğul olduqda günvurma baş verə bilər...

“İstidən qorunma tədbirləri ancaq sağlamlıq problemləri olan şəxslərə deyil, tam sağlam insanlara da aiddir. İnsanlar havanın temperaturunun yüksək olduğu bu günlərdə günəş şüaları altında çox qalmamalıdır. Tövsiyə olunur ki, vətəndaşlar saat 12:00-dan 17:00-a qədər açıq günəş şüasına məruz qalan yerlərdə olmasınlar”.

Bunu “Report”a açıqlamasında Kliniki Tibbi Mərkəzin həkimi, terapevt Könül Bənənyarskaya deyib.

Onun sözlərinə görə, günün çox hissəsini açıq havada keçirdikdə və günəş şüaları altında fiziki işlə məşğul olduqda günvurma baş verə bilər:

“Günvurmaya daha çox uşaqların, 60 yaşdan yuxarı şəxslərin və xroniki xəstəliklərdən əziyyət çəkən insanların məruz qaldığı müşahidə olunur. İstidən qorunma tədbirləri isə ancaq bu şəxslərə yox, tam sağlam insanlara da aiddir. Belə ki, insanlar günəş şüaları altında çox qalmamalıdır. Əgər şəxs buna məcburdursa, yəni günəş şüaları altında işləyirsə mütləq şəkildə qoruyucu vasitələrdən, yəni papaqdan, çətirdən istifadə etməlidir. Həmin insanların yanında mütləq şəkildə sərin su olmalıdır. Bu günlərdə qəbul edilən mayenin miqdarının normadan çox olması tövsiyə edilir”.

Həkim bildirir ki, günvurma yüngül, orta və ağır olmaqla dərəcəsinə görə üç yerə ayrılır:

“Yüngül günvurma halında rast gəlinən şikayətlər ürəkbulanma, göz bəbəklərinin genişlənməsi, yüngül təngnəfəslik, ürək döyüntülərinin sayının artması və baş ağrısıdır. Orta dərəcədə isə daha kəskin baş ağrıları, qusma, qulağın batması, halsızlıq, bədən temperaturunun artması, huşun itirilməsi halları ilə müşahidə olunur. Ağır dərəcədə isə kəskin halsızlıq, bədən temperaturunun 40-41 dərəcəyə qalxması, qarabasmaların olması, hətta komaya düşmə ilə də nəticələnə bilər”.

Terapevt günvurma zamanı ilkin tibbi yardımdan da söz açıb:

“İlk növbədə zərərçəkmiş insan sərin və kölgəlik yerə aparılmalıdır. Əgər şəxsin üst geyimləri qalındırsa onları mütləq şəkildə yüngülləşdirmək lazımdır. Bədən temperaturunu salmaq üçün boyun, qoltuq altı və qasıq nahiyəsinə soyuq kompres qoyulmalıdır. Xəstəyə sərin su vermək lazımdır. Əgər xəstə artıq huşunu itiribsə ona naşatr spirti qoxladılmalıdır. Tənəffüsdə problem varsa ürəyin qapalı masajına keçmək lazımdır. Tövsiyə olunur ki, vətəndaşlar saat 12:00-dan 17:00-a qədər açıq günəş şüasına məruz qalan yerlərdə olmasınlar. Çimərliklərdə isə səhər saat 11:00-ə kimi və 16:00-dan sonra olmaq tövsiyə olunur”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bir sıra vəzifəli şəxslərin əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu yarımfinala yüksəlib - Yenilənib

Gəncədə dəhşətli hadisə: Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı

İranda prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub - Yenilənib

Qazidən "şirinlik" istəyən həkim işdən çıxarıldı - Rəsmi

Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər

İranda seçkilərdə 10,4 milyon səs hesablanıb, Səid Cəlili öndədir - Yenilənib

Atanın verdiyi "şirinliyə" etiraz edən mama-ginekoloq işindən oldu

Abşeron rayonunda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

Gəncədə yanan üç nəfərdən ikisi Bakıya göndərilib - Yenilənib

Bakıda yük avtomobilindən texnika yola aşıb - Yenilənib

Şamaxıda qarpızla dolu yük avtomobili dərəyə aşıb

Ən çox oxunanalar