Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna NATO-ya nə vaxt üzv olacaq? - Baş nazir açıqladı...

Estoniyanın Baş naziri NATO-ya üzv dövlətləri Ukraynaya aydın üzvlük perspektivi verməyə çağırıb...

NATO Ukraynanın təhlükəsizliyinin təminatına çevrilə bilər, lakin Alyansa üzvlük yalnız müharibə başa çatdıqdan sonra mümkündür”.

Poliqon ERR-ə istinadən xəbər verir ki, bunu Estoniyanın baş naziri Kaya Kallas Kiyevə səfərindən və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra deyib.

Kallasın qeyd edib ki, Zelenski çox sursat və silah tədarükü ilə yanaşı, həm də NATOAvropa İttifaqına üzvülük məsələlərindən narahatdır.

“Ukraynalılar ərizə veriblər və NATO bu ərizəyə cavab verməlidir. Əgər söhbət Ukraynaya bəzi təhlükəsizlik zəmanətləri verməkdən gedirsə, o zaman həqiqətən işləyən yeganə təhlükəsizlik zəmanəti NATO-ya üzvlükdür”, deyə Kallas bildirib.

Baş nazir vurğulayıb ki, Estoniya NATO-ya üzv dövlətləri Ukraynaya aydın üzvlük perspektivi verməyə çağırır. Lakin bu, yalnız müharibə başa çatdıqdan sonra baş verə bilər:

“Biz öz növbəmizdə müttəfiqləri inandırmağa çalışırıq ki, nə üçün Ukraynaya müharibədən sonrakı belə aydın perspektiv verilsin və bu siqnallar aydın olsun".

Qeyd edək ki, 30 sentyabr 2022-ci ildə Ukrayna sürətləndirilmiş əsaslarla NATO-ya üzv olmaq üçün müraciət edib. Elə həmin gün NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Alyansın qapıları Ukrayna üçün açıqdır, lakin hazırda əsas diqqət Ukraynanın Rusiyadan müdafiəsinin dəstəklənməsinə yönəlib.

Aprelin Yens Stoltenberq Kiyevdə deyib ki, Ukraynanın gələcəyi Alyansa üzvlükdir, lakin indi hərbi dəstək vermək lazımdır. Onun sözlərinə görə, Ukrayna Rusiya ilə müharibədə qalib gəlməli, dövlət müstəqilliyini və suverenliyini qoruyub saxlamalıdır.

Stoltenberqin Ukraynanın Alyansa üzvlük perspektivləri ilə bağlı açıqlaması Macarıstanın baş naziri Viktor Orbanın hiddətinə səbəb olub. Bundan əlavə, ölkə parlamentinin vitse-spikeri Dora Duro bildirib ki, Ukraynanın NATO-ya daxil olması guya Rusiyanın buna razılığını təsdiq edən sənədi imzaladıqdan sonra mümkün olacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Ən çox oxunanalar