Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin Suraya və İraqda kelirdiyiəməliyyatına reaksiyalar…

Türkiyənin kürd silahlı qruplaşmalarına qarşı Suraiyada və İraqdakı əməliyyatına Rusiya Federasiyası, ABŞ, Aİ ölkələri və Suriyanın reaksiyası…

PİA.az xəbər verir Türkiyə Silahlə qüvvələrinn Suriyaİraqda PKK/YPQ silahqruplaşmalarına qarşı keçirdiyi hava əməliyyatına bir sıra ölkələr öz yanaşmalarını ortaya qoyublar.

Rusiya: “Biz Türkiyənin öz təhlükəsizliyinin təmin edilməsi ilə bağlı narahatlığını başa düşürük və hörmət edirik. Hesab edirik ki, bu, Türkiyənin qanuni haqqıdır... Rusiya və Türkiyə arasında Suriya məsələsində fikir ayrılıqları var, lakin münasibətlərin dostluq xarakteri bizə fikir ayrılıqlarını konstruktiv müzakirə etməyə imkan verir”.

Amerika Birləşmiş Ştataları: “Birləşmiş Ştatlar Suriyada və Türkiyə mülki insanların həlak olması ilə bağlı səmimi başsağlığı verir. Biz Suriyada gərginliyin azaldılmasına çağırırıq... Biz İraqın suverenliyini pozan hər hansı razılaşdırılmamış hərbi əməliyyata qarşı çıxmaqda davam edirik”.

Fransa: “Təəssüf ki, biz heç də ilk dəfəTürkiyənin başqa bir ölkəyə hücum etdiyini şahidlik etmirik. Türkiyənin əməliyyat keçirdiy əralər onların ərazisi deyil. Biz Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını başa düşürük, lakin bu üsul və vasitələrlə Ankara bu problemi həll edə bilməyəcək”.

İsveç: “Türkiyə terror hücumlarına məruz qalan bir dövlətdir, bütün dövlətlərin özünü müdafiə etmək hüququ var. Ancaq aydındır ki, mülki itkilərdən və mülki hədəflərdən qaçmaq vacibdir”.

Almaniya: “Biz Türkiyəni özünə qarşı hücumlara proporsional cavab verməyə və beynəlxalq hüquqa hörmət etməyə çağırırıq. Beynəlxalq hüquqa hörmət o deməkdir ki, mülki şəxslər heç bir zaman zərər görməməlidir. Türkiyənin hücumlarında mümkün mülki itkilərlə bağlı xəbərlər son dərəcə narahatedicidir. Türkiyə və bütün digər tərəflər Suriyaİraqın şimalında onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirəcək heç bir addım atmamalıdır. Özünümüdafiə hüququna qisas hüququ daxil deyil”.

Suriya: “Biz Türkiyə ilə genişmiqyaslı müharibə aparmaq istəmirik, çünki bu, Suriyaya və Türkiyəyə heç vaxt kömək etməyəcək. Biz çıxış yolu tapmağa çalışırıq, Türkiyə hökumətinin reaksiyasının necə olacağını heç kim proqnozlaşdıra bilməz. Türkiyə ilə əlaqələrin inkişafına ümid edirik...”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay