Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə ABŞ-a nota verib: "Mazlum Kobani terrorçudur"

“Rusiya ilə əldə edilmiş razılaşmaya əsasən, terrorçuların Suriyanın şimalından geri çəkilməsi üçün müvafiq addımları atacağıq”...

Bunu Azərbaycanda səfərdə olan Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Ölkəsinin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan nazir bildirib ki, bu gün Türkiyədə 3 milyondan çox suriyalı qaçqın var: “Onların təhlükəsiz şəraitdə torpaqlarına qayıtmaları üçün lazımı işlər həyata keçiriləcək. Biz Suriyanın ərazi bütövlüyü ilə bağlı təhlükəli oyunu pozduq. Bu baxımdan “Barış bulağı” hərəkatı uğurlu oldu”.

Türkiyə XİN başçısı qeyd edib ki, axtarışda olan Mazlum Kobani (Fərhad Abdi Şahin və ya Şahin Cilo) ilə görüşün keçirilməsi qəbuledilməzdir: “Bununla bağlı ABŞ-a nota verilib. Mazlum Kobani terrorçudur. Müttəfiqlərimizin axtarışda olan terrorçu ilə görüşməsi qəbuledilməzdir. Bizim üçün PKK, YPG, İŞİD, FETÖ hamısı terror təşkilatlarıdır”.(APA)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Ən çox oxunanalar