Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR-ın Türkiyədəki NEZ-nin istehsalat gücü artırılacaq

Planlı təmir işləri nəticəsində Türkiyənin qərbində, İzmir şəhərinə yaxın olan Əliağa liman bölgəsində SOCAR tərəfindən inşa edilən "Star Rafineri" neft emalı zavodunun (NEZ) istehsalat gücü 2,5% artırılacaq...

“APA-Economics” xəbər verir ki, bu barədə “Petkim” neft-kimya kompleksinin (12%-lik payla NEZ-in dolayı səhmdarı) Türkiyənin Kamu Aydınlatma Platformasında yerləşdirdiyi elanda bildirilir.

Məlumata görə, neft emalı zavodunda bu gündən etibarən dövri planlı təmir işlərinə başlanılıb. Bu baxımdan NEZ-in bütün istehsalat sahələrinin işi dayandırılıb. Təmir işlərinin təxminən 2 aya yaxın davam edəcəyi gözlənilir.

Qeyd olunur ki, NEZ-də aparılacaq təmir işləri zamanı SOCAR-ın Türkiyədəki ən böyük aktivlərindən olan “Petkim” kompleksi xammal tədarükünü “STAR”ın mövcud ehtiyatları və digər təchizatçıların hesabına təmin edəcək. NEZ-də aparılan təmir işləri “Petkim”in istehsalat fəaliyyətinə təsir etməyəcək.

“STAR” NEZ-in açılışı 2018-ci ilin 19 oktyabr tarixində baş tutub. Zavodun illik emal gücü 13 mln. tondur.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Ərəb fondları Qazaxıstan iqtisadiyyatına 7 milyard dollar sərmayə qoymağı planlaşdırır

Ən çox oxunanalar