Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə 29 İŞİD döyüşçüsünü Azərbaycana göndərir – Siyahı açıqlandı

“Hurriyet” qəzeti Türkiyənin deportasiya etməyə başladığı İŞİD üzvlərinin siyahısını açıqlayıb

Siyahıda Azərbaycanın da adı var. İlkin mərhələdə Azərbaycana 29 İslam Dövləti (İŞİD) silahlı qruplaşması üzvünün deportasiya olunacağı bildirilir.

Siyahıda Rusiya (99), Almaniya (17), Tacikistan (21), Qırğızıstan (23), Qazaxıstan (10) və digər ölkələr yer alıb.

Türkiyə bir neçə gün öncə İŞİD üzvlərinin deportasiyasına başlayacağını, Avropadan gedən İŞİD-çilər üçün “otel olmadığını” bəyan edib. Bəzi ölkələrdə bu məsələ müzakirələrə yol açıb.

“Balkan Insight” portalında Hamdi Firat Buyuk Balkan ölkələrinin yeni bir problemlə üzləşdiyini yazır. “Türkiyənin Avropayla münasibətində yeni alver predmeti olan bu məsələ, ekspertlərin fikrincə, Balkan ölkələrindən ötrü böyük sınağa çevriləcək”, – müəllif yazır.

“Ümumilikdə, dünyada heç kəs əcnəbi döyüşçüləri qəbul etməyə hazır deyil, çünki bu, yeni beynəlxalq fenomendir. Əlbəttə, inkişaf etmiş ölkələr bu problemi Balkan ölkələrinə nisbətən daha asanlıqla yoluna qoya bilərlər”, – Sarayevoda mənzillənən müstəqil təhlükəsizlik analitik Safet Music deyib.

“Deyə bilərik ki, məsələylə işləməyə ekspertlər var. Qanunvericilikdə bu məsələ yaxşı tənzimlənir. Ancaq de-radikallaşma prosesi üçün vasitə, eləcə də İŞİD üzvləri və ailələrin yerləşdirməyə məkan yoxdur”, – o, sözlərinə əlavə edib.

Ankaranın TOBB Universitetində beynəlxalq münasibətlər üzrə professor Burak Bilgehan Ozpek deyib ki, Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdogan, suriyalı qaçqınlar və onların Türkiyə ərazisindən Avropa Birliyinə axını məsələsində olduğu kimi, İŞİD döyüşçülərindən də Qərbə təzyiq kimi istifadə edəcək, özünün Suriya siyasəti üzrə güzəşt qoparmağa çalışacaq.

“Ərdogan Türkiyənin Suriyadakı hərbi əməliyyatını dəstəkləməyən Avropa ölkələrinə göstərmək istəyir ki, Türkiyə bu məsələdə Avropa təhlükəsizlik sisteminin bir parçasıdır”, – Ozpek deyib.

İŞİD üzvləri və ailələrindən neçəsinin Balkanlardan olduğu bəlli deyil. Ancaq məqalədə onlardan çoxunun Kosovo, Bosniya, Albaniya və Şimali Makedoniyadan, az hissəsinin isə Monteneqro və Serbiyadan getdiyi vurğulanır.

Kosovo və Bosniya artıq Suriyada vuruşmuş vətəndaşlarından bəzilərini qəbul edib və digərlərinin qəbuluna hazırlaşır.
Türkiyənin əlində 1200 İŞİD döyüşçüsünün olduğu bildirilir. Suriyadakı kürd qüvvələri isə 10 mindən artıq keçmiş döyüşçünü və qohumlarını ələ keçirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Ən çox oxunanalar