Şənbə, 10 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə 2053-cü ilə qədər bu hədəfinə nail olacaq - Ərdoğan

2053-cü ilə qədər xalis sıfır emissiya hədəfinə nail olmağı nəzərdə tuturuq.

Poliqon.info Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində dünya iqlim fəaliyyəti sammitində çıxışında deyib.

O qeyd edib ki, istixana qazı emissiyalarına görə tarixi məsuliyyətimiz bir faizdən aşağı olsa da, biz çox mühüm addımlar atırıq.

"2030-cu ilə qədər emissiyaların azaldılması hədəfi iki dəfə artırıldı. Bu kontekstdə ilin sonuna qədər karbon qazı emissiyalarının 66,6 milyon ton azalacağını gözləyirik. Biz bərpa olunan enerji mənbələrinin ümumi quraşdırılmış elektrik enerjisində payını 55 faizə çatdırdıq. Bu göstərici ilə Avropada 5-ci, dünyada isə 12-ci yerdəyik. Hökumətlərarası iqlim dəyişikliyi konfransının 60-cı iclası yanvar ayında İstanbulda keçiriləcək. Həmçinin Ankaranın Növbəti Regional İqlim Sammitinə ev sahibliyi üçün də namizədliyimizi irəli sürürük", - deyə R.T.Ərdoğan bildirib.

Xatırladaq ki, dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində dünya iqlim fəaliyyəti sammitinin açılış mərasimi keçirilib.

Poliqon.info 


Etiket: Ərdoğan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polkovnik Elmar Məmmədov həbs edildi - Yenilənib

Medvedev: Onlar bizim tanklarımızı Almaniyada görəcəklər

Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyuldu

Braziliyada sərnişin təyyarəsi qəzaya uğrayıb - Yenilənib

Rusiya dövlət çevrilişi hazırlığı ilə bağlı Serbiyaya xəbərdarlıq edib

7 yaşlı Fəridi öldürməkdə təqsirləndirilən məşqçidən xəbər var

Həkim əməliyyatda səhvə yol verdi - Qadın hər iki ayağını itirdi

SEPAH: "İran liderinin İsraildən qisas almaq əmri yerinə yetiriləcək"

Pakistanlı jurnalist İlham Əliyevdən yazdı: "Su içmədən suallara üç saatdan çox cavab verə bilir"    

Ən çox oxunanalar