Şənbə, 10 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya dövlət çevrilişi hazırlığı ilə bağlı Serbiyaya xəbərdarlıq edib

Serbiya prezidenti Aleksandar Vuçiç Rusiyanın ölkədə Qərb dövlətlərinin nümayəndələrinin təşkil etdiyi kütləvi iğtişaşlarla bağlı ölkə rəhbərliyinə xəbərdarlıq etdiyini bildirib.

APA xəbər verir ki, Vuçiç bunu jurnalistlərin Qərbin dövlət çevrilişi etmək məqsədilə respublika ərazisində aksiyalar hazırlaması ilə bağlı sualını cavablandırarkən deyib.

"Bu gün biz Rusiya Federasiyasından rəsmi məlumat aldıq. Məlumat rəsmi kanallar vasitəsilə daxil olub, biz onunla məşğul oluruq. Bu məsələdən Təhlükəsizlik və İnformasiya Agentliyi, həmçinin bu sahədə ixtisaslaşan şəxslər cavabdehdir. Serbiya hökumətində və bütün başqa yerlərdə onlar öz işlərini görürlər”, - deyə Vuçiç vurğulayıb.

O, daha sonra sözlərinə belə davam edib: "Zorla nəyəsə nail olacaqlarını xəyal edənlər heç nəyə nail olmayacaqlar. Serbiya yorulmadan irəliləyir və bunu dayandıra bilməzlər, dayandırmayacaqlar. Bu mənim hamıya mesajımdır və insanlarımızın narahatlığına əsas yoxdur.”

Qeyd edək ki, “Vecernje Novosti” qəzeti Serbiyada qərbyönümlü müxalifət nümayəndələrinin avqustun 10-da Belqradda planlaşdırılan etiraz aksiyalarından istifadə edərək prezident sarayını ələ keçirmək, dövlət başçısını sıradan çıxarmaq və Ukrayna ssenarisini işə salmaq üçün istifadə etməyə hazır olduqları haqda məlumat dərc edib.

Poliqon.info


Etiket: Rusiya Serbiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polkovnik Elmar Məmmədov həbs edildi - Yenilənib

Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyuldu

Həkim əməliyyatda səhvə yol verdi - Qadın hər iki ayağını itirdi

7 yaşlı Fəridi öldürməkdə təqsirləndirilən məşqçidən xəbər var

Ukraynanın Kursk vilayətinə hücumu: Pentaqon Kiyevə kəşfiyyat məlumatları verir...

Anar Məmmədov seçki kampaniyası başlamamış təbliğata başlayıb - Fotofakt

Paris-2024: Giorgi Meşvildişvili yarımfinalda!    

Yeni yanacaqla niyə daha az məsafə qət edilir? - Ekspert

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb - Yenilənib

Medvedev: Onlar bizim tanklarımızı Almaniyada görəcəklər

Ən çox oxunanalar