İstiqlal Muzeyində təqdimat keçirilib...
18 oktyabr 2022-ci il tarixində Azərbaycan İstiqlal Muzeyində “18 oktyabr-“Müstəqilliyin Bərpası Günü” ilə əlaqədar Tarix elmləri doktoru Tufan Axundovun tərtibçisi olduğu “Təlatümlü illər” adlı xatiratın təqdimatı keçirildi.
Təqdimatı keçirilən kitabın müəllifi 1917-1921-ci illərdə Azərbaycanın Lənkəran və Muğan bölgələrində (Lənkəran qəzası) Milli azadlıq hərəkatının bilavasitə iştirakçısı və rəhbərlərindən biri olmuş, sonralar İrana mühacirət etmiş Soltan Məhəmməd bəy Qulubəylidir.
Tədqiqatçı-tarixçilər, etnoqraflar və Azərbaycan tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Təlatümlü illər” adlı kitabda rus imperiyasının 1917-ci ildə süqutu ilə başlanan yerli müsəlman və ruslar (molokanların) arasında yaranan və qanlı münaqişələrə çevrilən hadisələr, həmin dövrdə törədilən qırğınlar, bolşeviklərin bölgəyə müdaxiləsi və yerli müsəlman əhalisinin göstərdiyi milli birlik və qəhrəmanlıqları əks olunub.
Tədbirdə Azərbaycan İstiqlal muzeyinn direktoru Sədi Mirseyibli, “Təlatümlü illər” adlı kitabın tərtibçisi, tarix elmləri doktoru Tufan Axundov, alim, tarix elmləri doktoru, professor Solmaz Tohidi, professor Mehman Süleymanov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Rəhim Əliyev , tarix elmləri üzrə fəlsəfə doktorları Kamran İsmayılov, Bəhmən Kərimov, Vəfa Mahmudova çıxış edərək 18 oktyabr 1991-ci ildə əldə olunan dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nəaliyyətlərdən bəhs etdilər.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, "Böyük Qayıdış" İctimai birliyinin üzvləri, muzey əməkdaşları və digər qonaqlar iştirak etdilər.
Fotolar
pia.az