Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Təhsil naziri çıxıb etiraf edir ki, məktəblər təhsil vermirlər” - Ekspert

“Bir siyasi zümrə hakimiyyətinin 30 illiyini qeyd eləməyə hazırlaşdığı vaxt onun təhsil naziri çıxıb etiraf edir ki, məktəblər təhsil vermirlər. Bu, həm də təhsil sisteminin iflasının möhürlü-imzalı rəsmi etirafıdır”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb.

“”Qarabağ Azərbaycandır!” YAP üçün daha bir 30 il hakimiyyətdə qalmağa yetəcək şüar-kapitaldır.

Amma təəssüf ki, özlərinin də səxavətlə etiraf etdiyi kimi – təhsilsiz Azərbaycanda.

Bunun üzərinə yoxsul, ədalətsizliyin tüğyan elədiyi Azərbaycanı da gəlin, 30 ildən sonrakı Azərbaycanı canınızı üşütmə tutmadan təsəvvürünüzdə canlandırmağa çalışın”, – deyə o bildirib.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev avqustun 27-də Bakı şəhərində yerləşən məktəblərin direktorları ilə görüş keçirib. Görüşdə iştirak edən direktorlardan biri “Yeni Sabah”a danışıb və bildirib ki, nazir Emin Əmrullayev çıxışında məktəblərin müəllimlərə yalnız əməkhaqqı verən bir mexanizmə çevirildiyini deyib:

“Nazir dedi ki, məktəblər təhsil vermir və biz bunu bilirik. Müəllimlər sinifdə dərs keçmirlər və eyni uşaqları repetitor hazırlığına cəlb edirlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

Ağstafada ər və arvad faciəli şəkildə öldülər - Təfərrüat

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - Yenilənib

Tatamiyə damğa vuran zəfər: Azərbaycan cüdoçularından tarixi nəticə

Azərbaycan klubu Çempionlar Liqasının qalibi olub

Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Qazaxıstanda qidadan zəhərlənmə ilə xəstəxanalara müraciət edənlərin sayı 300-ə çatıb - Yenilənib

Basketbol üzrə Türkiyə yığmasının sabiq üzvü qəzada ölüb

Ən çox oxunanalar