Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TASS Polad Bülbüloğlunun sözlərini təhrif edib

Səfir: Mən Rusiyanın Qarabağdakı Baş Konsulluğu haqqında danışmamışam...

Poliqon xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu haqqin.az-a müsahibəsində bildirib ki, Rusiyanın TASS Agentliyi onun sözlərini təhrif edib.

“Mən deməmişəm ki, Rusiya baş konsulluğu Rusiyada peyda ola bilər. Mən dedim ki, bu məsələ müzakirələr mərhələsindədir”, deyə səfir bildirib.

Rusiya Federasiyası konsulluq açmaq istəyini ifadə edib, çünki bizim Rusiyada iki baş konsulluğumuz var – Yekaterinburqda və Sankt-Peterburqda. Rusiyanın böyüklüyünü və ölkədəki azərbaycanlıların sayını nəzərə alsaq, bu, təbiidir. Həmçinin konsulluqların fəaliyyət sahəsi daha məhduddur, lakin buna baxmayaraq, bu istiqamətdə işlər gedir, müxtəlif variantlar təklif olunur”, deyə Azərbaycan diplomatik missiyasının rəhbəri vurğulayıb.

Diplomat həmçinin qeyd edib ki, Bakıda səfərdə olan Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında çox gərgin dialoq gözlənilir.

“Bildiyimə görə, iki lider arasında çox gərgin dialoq gözlənilir. Buna baxmayaraq, Bu ün Rusiya ilə Azərbaycan arasında münasibətlər çox yüksək müttəfiq qarşılıqlı fəaliyyət səviyyəsindədir”, deyə diplomat bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin bəyan etmişdi ki, Rusiyanın Xankəndində baş konsulluğunun açılmasına hazırlıq tezliklə başlaya bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar