Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polad Bülbüloğlu: Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə heç bir dərin ziddiyyət yoxdur

“Hazırda Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə heç bir dərin ziddiyyət yoxdur”...

“Report” xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində “TASS” agentliyinə müsahibəsində deyib.

“Əlbəttə, mən məmnunam ki, bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər çox yüksək qarşılıqlı müttəfiq fəaliyyət səviyyəsindədir. Biz çox fəal işləyirik və bu gün ölkələrimiz arasında dərin ziddiyyətlər yoxdur, - deyə o bildirib.

Səfir vurğulayıb ki, MoskvaBakı bütün problemli məsələləri açıq və dostcasına müzakirə edirlər:

“Hər evdə, hər hansı bir ailədə və hər hansı bir münasibətdə olduğu kimi, bəzi fikir ayrılıqları mövcud olur - həyat həyatdır. Lakin ən əsası odur ki, bu gün elə əlaqələrimiz var ki, biz açıq şəkildə, dostcasına və çox mehribancasına ortaya çıxan problemləri müzakirə edə bilərik.

Hazırda iki ölkənin xarici işlər nazirlikləri arasında fəal siyasi məsləhətləşmələr aparılır. Rusiya tərəfinə Baş nazirinin müavini Aleksey Overçukun, Azərbaycan tərəfinə isə Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi hökumətlərarası komissiya çox səmərəli işləyir. Son görüş bu yaxınlarda Bakıda - avqustun 9-da baş tutub. Parlamentlərarası əlaqələrimiz də yüksək səviyyədədir. Baş nazirlər, bir çox nazirlər bir-biri ilə birbaşa əlaqə qurur”.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb

Putin Sergey Butini XİN başçısının birinci müavini təyin edib

Bu insanlar münasibəti idarə etməyi sevirlər - Dominant bürclər

Ən çox oxunanalar