Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2023-cü ildə bütün dünyada BMT-nin rekord sayda əməkdaşı ölüb

Bazar ertəsi Birləşmiş Millətlər Təşkilatı yardım işçilərinə qarşı adi hala çevrilmiş zorakılığın qəbuledilməz səviyyəsini pisləyib və 2023-cü ildə dünya üzrə rekord sayda, 280 yardım işçisinin öldürüldüyünü açıqlayıb...

Poliqon xəbər verir ki. bu barədə France-Presse Agentliyi məlumat yayıb. Eyni zamanda, BMT Qəzzadakı müharibənin bu il daha çox belə ölümlərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

“Humanitar işçilərə qarşı zorakılığın adi hala çevrilməsi və buna görə cavabdehliyin olmaması qəbuledilməzdir. Bu vicdansızlıqdır və bütün dünyada humanitar əməliyyatlara böyük ziyan vurur”, deyə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) direktoru vəzifəsini icra edən Coys Msuya deyib.

OCHA-nın bəyanatında deyilir ki, keçən il 33 ölkədə 280 yardım işçisi öldürülüb və 2023-cü il qlobal humanitar birlik tarixində ən ölümcül il olub ki, bu da 118 yardım işçisinin öldüyü 2022-ci ildən 137 faiz çoxdur.

Msuya bildirib ki, 2023-cü ildə ölənlərin yarısından çoxu və ya 163 nəfər Qəzzada münaqişənin son alovlanmasının ilk üç ayında, əsasən də hava hücumlarında öldürülən yardım işçiləri olub.

Vətəndaş iğtişaşlarının hökm sürdüyü Cənubi Sudan və 2023-cü ilin aprelindən bəri iki rəqib general arasında müharibənin davam etdiyi Sudan, müvafiq olaraq 34 və 25 ölümlə humanitar yardım çalışanları üçün növbəti ən ölümcül münaqişələr olub.

İlk onluğa hər biri yeddi ölümlə İsrail və Suriya da daxildir. Efiopiya və Ukrayna altı ölüm, Somalidə beş ölüm və Myanma və Konqo Demokratik Respublikasında dörd ölüm qeydə alınıb.

Bütün münaqişələrdə ölümlərin əksəriyyəti yerli kadrlar arasında baş verir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Abbas Araqçi xarici işlər naziri vəzifəsinə təsdiqləndi

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - Fotolar 

Ən çox oxunanalar