Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

İş adamı İlon Mask Çeçenistan rəhbəri Ramzan Kadırova “Tesla Cybertruck” hədiyyə etmədiyini bildirib...

Amerikalı sahibkar İlon Mask “Tesla Cybertruck” elektrik avtomobilini Çeçenistan rəhbəri Ramzan Kadırova verməsi ilə bağlı məlumatı təkzib edib. 

 

Poliqon xəbər verir ki, bu barədə iş adamı X sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, avqustun 17-də Kadırov bu elektromobili Maskdan aldığını və artıq sınaqdan keçirdiyini açıqlayıb. O, həmçinin avtomobilin “xüsusi hərbi əməliyyat”da iştirak edən əsgərlərə veriləcəyini bildirib və Maskı Qroznıya səfərə dəvət edib.

Mask buna bir paylaşımda belə cavab verib: “Siz ciddi şəkildə o qədər axmaqsınız ki, mənim bir rus generalına “Cybertruck” verdiyimi düşünürsünüz?... Bu, ənənəvi medianın necə yalan danışdığına daha bir nümunədir”.

Qeyd edək ki, Kadırov “Cybertruck”u İlon Maskdan aldığını bildirməsi ilə yanaşı, Çeçenistanda elektrik avtomobilinə ağır pulemyot quraşdırıb. Kadırov özü maşını Qroznı ətrafında sürüb və ona sözün həqiqi mənasında maşına aşiq olduğunu etiraf edib.

Çeçenistan rəhbəri, həmçinin Tesla şirkətinin baş direktoruna və SpaceX-in yaradıcısına “səmimi minnətdarlığını” bildirib və onu “zəmanəmizin ən güclü dahisi və mütəxəssisi” adlandırıb.

“Tesla” da” Cybertruck”un Çeçenistan rəhbərinə təhvil verilməsini təsdiqləməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar