Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tarif (qiymət) Şurasının bir sıra səlahiyyətləri Nazirlər Kabinetinə verilib

Nazirlər Kabinetinin səlahiyyətləri artırılıb...

PİA.az-ın məlumatına görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və ekspertizanın aparılması Qaydaları”nda etdiyi dəyişikliyə əsasən, hüquqi və fiziki şəxslərə göstərilən fitosanitar xidmətlərə görə ödənilən vəsaitlərin məbləği Tarif (qiymət) Şurası deyil, Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Azərbaycan Respublikasının ərazisinə idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda onların fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində zərərsizləşdirilməsi qaydası da daxil olmaqla, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Qaydaları”na əsasən, karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi hüquqi və fiziki şəxslərlə bağlanmış müqavilə əsasında və onların hesabına aparılır. İndiyə qədər göstərilən fitosanitar xidmətə görə ödənilən vəsaitin məbləği Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilib. Dəyişikliyə görə, Tarif (qiymət) Şurasının bu sahədə səlahiyyəti Nazirlər Kabinetinə verilib.

“Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları”na əsasən, pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələrin dövlət sınağı, qeydiyyatı və ekspertizası ərizəçinin vəsaiti hesabına aparılır. Qüvvədə olan Qaydaya görə, ərizəçiyə göstərilən fitosanitar xidmətlərə görə ödənilən vəsaitlərin məbləği Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilib. Bundan sonra isə ərizəçiyə göstərilən fitosanitar xidmətlərə görə ödənilən vəsaitlərin məbləği Tarif (qiymət) Şurası deyil, Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.(APA)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinə müavin təyin edilib

Ən çox oxunanalar