Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Talibanla Moskvanı hansı geosiyasi maraqlar birləşdirir?

Politoloq: “Rusların təşkil etdiyi ikigünlük Moskva görüşü Əfqanıstanın gələcəyi üçün və Rusiyanın bu ölkədəki maraqları üçün mühüm əhəmiyyət daşıyır”

“Fevralın əvvəlində Moskvada Taliban nümayəndələri ilə əfqan siyasətçiləri arasında keçirilən danışıqları rəsmi Moskva təşkil etməsə də, lakin Rusiyanın qeyri-rəsmi olaraq bu prosesə dəstək verməsi məlumdur”.

Bu sözləri politoloq Nəzakət Məmmədova son zamanlar Talibanla danşıqların ən yüksək səviyyədə müntəzəm xarakter daşımasını PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar Talibanla danşıqlar ən yüksək səviyyədə müntəzəm xarakter alıb. Hətta Moskvada son dəfə keçirilən Əfqanıstan danışıqlarından sonra Rusiya Taliban üzərindən BMT sanksiyalarının qaldırılması təşəbbüsünü irəli sürüb. Qeyd edək ki, Taliban Rusiyada teror təşkilatı olaraq tanınır və terorçularla istər Moskvanın, istərsə də Vaşunqtonun masaya oturması uzun illər boyu Əfqanıstanda silahlı mübarizə aparan bu qruplaşmanın mövqelərini gücləndirməklə yanaşı, eyni zamanda Talibanın beynəlxalq aləmdə terror təşkilatı olaraq tanınmasında siyasi və hüquqi baxımdan yeni çalarlar ortaya qoyur.

İşin ilginc tərəflərindən biri də odur ki, uzun illərdir ki, Moskvanın Talibana silah satması ilə bağlı məlumatlar dolaşmaqdadır. Rəsmi Moskva isə bir neçə ildir ki, Talibanla Rusiya xüsusi xidmətlərinin əməkdaşlıq etdiyini də gizlətmir.

Maraqlıdır ki, son zamanlar Moskva Suriyadan qovulan İŞİD-in Vaşinqton tərəfindən Əfqanısatanda, Tacikistan sərhədində toplamaqda ittiham edir. Yayılan xəbərlərdə “Xilafət”in Tacikistanda ikinci islam cəbhəsi açacağı və Rusiyanın içərilərinə doğru irəliləmək planlarının olduğu qeyd olunur.

Hazırda Rusiyanın Əfqanıstan diplomatiyasının əsas hədəfləri barədə nə demək olar və Rusiyada terrorçu təşkilat olaraq qadağan edilmiş Talibanla Moskvanı hansı geosiyasi maraqlar birləşdirir? Tacikistanda yenidən islamçıların hökümətə qarşı silahlı mübarizəyə qalxması nə qədər inadırıcı görünür və İŞİD Tacikistanda güclənərsə, bu bütövlükdə MDB məkanında hansı geosiyasi dəyişikliklərə səbəb ola bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovaya müraciət edib.

Nəzakət Məmmədova: “Rusiya Suriyada olduğu kimi, eləcə də Qarabağ məsələsində olduğu kimi münaqişə tərəflərinin hər biri ilə əlaqə saxlayır və bir güc qrupuna istinad etmir. Bu, Rusiya diplomatiyasının səciyyəvi xüsusiyyətidir”.

Rusiyanın Əfqanıstan iqtidarına təsir imkanlarının yox dərəcəsində olduğunu düşünən politoloq PİA.az-a açıqlamasında bildirib ki, Əfqanıstana ABŞ müdaxiləsindən sonra oradakı hakimiyyət komandasını Amerika formalaşdırıb və təbii ki, həmin iqtidar ABŞ-la əməkdaşlıq edir. Nəzakət Məmmədovanın fikrincə bu üzdən də Moskva Talibanla əlaqə quraraq Əfqanıstan siyasətinə sirayət eləməyə çalışır:

Rusiya özünün fövqəldövlət iddialarını təsdiq etmək üçün beynəlxalq siyasətdə Qərbə, xüsusilə ABŞ-a alternativ siyasət aparır, onun nəzarətində olan təşkilatlara paralel təşkilatlar yaradır. Buna misal olaraq NATO-ya əks KTMT-ni, Suriya sülh danışıqlarına dair Cenevrə prosesinə paralel Astana prosesini, Dohada ABŞ-ın Talibanla danışıqlara alternativ kimi Moskvada təşkil edilən danışıqları göstərmək olar.

Fevralın əvvəlində Moskvada Taliban nümayəndələri ilə Əfqanıstanın hakimiyyət nümayəndələri arasında keçirilən danışıqları rəsmi Moskva təşkil etməsə də Rusiyanın qeyri-rəsmi olaraq bu prosesə dəstək verməsi məlumdur. Ən azından ona görə ki, Taliban Rusiyada terror təşkilatı elan edilib və fəaliyyətinə qadağa qoyulub. Onun nümayəndələrinin Moskvada danışıqlar aparması təbii ki, Rusiyanın icazəsi olmadan qeyri-mümkün olardı. Rusiya regionda mühüm oyunçu olduğunu, proseslərdən kənarda qalmadığını göstərmək üçün bunu edir. Eyni zamanda, Əfqanıstan Rusiyanın İsti dənizlərə çıxmaq kimi böyük geosiyasi hədəflərindən biridir.

Nəzakət Məmmədova: “Əfqanıstan Rusiyanın İsti dənizlərə çıxmaq kimi böyük geosiyasi hədəflərindən biridir”.

SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsi başa çatdıqdan sonra da onun varisi Rusiya bu ölkəni öz geostrateji planlarına daxil etməkdə davam edib. Eyni zamanda Rusiyanın və MDB-nin cənub sərhədlərinin təhlükəsizliyi məhz bu ölkədən asılıdır. Xüsusilə, İŞİD-in Suriyadan çıxarılıb Əfqanıstanda yerləşdirilməsi İranRusiyanın təhlikəsizliyinə böyük təhdiddir.

Rusiya Suriyada olduğu kimi, eləcə də Qarabağ məsələsində olduğu kimi münaqişə tərəflərinin hər biri ilə əlaqə saxlayır və bir güc qrupuna istinad etmir. Bu, Rusiya diplomatiyasının səciyyəvi xüsusiyyətidir. Əfqanıstan məsələsində də onun həm Taliban, həm Əfqanıstan hökuməti ilə əlaqələri var. Lakin Rusiyanın Əfqanıstan iqtidarına təsir imkanları yox dərəcəsindədir. Əfqanıstana ABŞ müdaxiləsindən sonra oradakı hakimiyyət komandasını Amerika formalaşdırıb və təbii ki, həmin iqtidar ABŞ-la əməkdaşlıq edir. Bu üzdən də Moskva Talibanla əlaqə quraraq Əfqanıstan siyasətinə sirayət eləməyə çalışır:

Nəzakət Məmmədova: “İŞİD-in Suriyadan çıxarılıb Əfqanıstanda yerləşdirilməsi İranRusiyanın təhlikəsizliyinə böyük təhdiddir”.

Rusiya artıq 70-ci illərdə olduğu kimi Əfqanıstan üzərində nəzarətə malik deyil və özünün ən yaxın adamı Nəcibullanın Taliban tərəfindən edam edilməsinə belə səssiz qaldı, necə ki, eyni aqibəti Muammər Qəddafi və Səddam Hüseyn yaşadılar. Rusiya SSRİ-nin süqutu ərəfəsində Əfqanıstan üzərində nəzarəti itirdi və ABŞ-ın bu ölkədə olduğu müddətcə onun bərpası qeyri-mümkündür.

ABŞ-ın Talibanla danışıqlarında iki məsələ müzakirə olunur: Talibanın tələbinə əsasən, xarici qoşunların ölkədən çıxarılması və ABŞ-ın tələbinə əsasən, Əfqanıstandan ABŞ-ın milli maraqlarına və təhlükəsizliyinə təhdidlərin olmaması üzərində aparılan danışıqlarda hələ ki, nəticə yoxdur. ABŞ burada əsasən Talibanın digər terror təşkilatları, o cümlədən “Əl-Qaidə” ilə yaxınlaşmasından narahatdır və onun İŞİD-ə qarşı mübarizə aparmasını istədiyini vurğulayır.

Nəzakət Məmmədova: “Taliban xarici qoşunların ölkədən çıxarılmasını, təşkilatın adının terrorçu kimi BMTABŞ-ın “qara siyahı”sından çıxarılmasını, həbsdəki taliblərin azad olunmasını tələb edirlər. Bunu isə təbii ki, Rusiya yox, ABŞ edə bilər”.

Moskva görüşü isə əfqan siyasi qüvvələri arasında görüş idi. Dohadakı altıgünlük görüşə qarşılıq olaraq rusların təşkil etdiyi ikigünlük Moskva görüşü Əfqanıstanın gələcəyi üçün və Rusiyanın buradakı maraqları üçün mühüm əhəmiyyət daşıyır.

Lakin Talibanın ABŞ-ın roluna üstünlük verdiyi müşahidə olunur. Çünki onlar xarici qoşunların ölkədən çıxarılmasını, təşkilatın adının terrorçu kimi BMTABŞ-ın "qara siyahı"sından çıxarılmasını, həbsdəki taliblərin azad olunmasını tələb edirlər. Bunu isə təbii ki, Rusiya yox, ABŞ edə bilər. Qeyd etdiyimiz kimi Rusiyanın rolu hazırda Əfqanıstanda çox zəifdir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay