Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tailandda parlament seçkiləri keçirilir

Tailandda 2011-ci ildən bəri ilk dəfə ümumi parlament seçkiləri ilə əlaqədar səsvermə keçirilir

Azərtac Tailand KİV-lərinə istinadla xəbər verir ki, yerli vaxtla səhər 8:00-da səsvermə başlayıb. Təxminən 51 milyon seçici saat 17:00-dək davam edəcək məntəqələrdə səs verə biləcək.

Ölkədə 2011-ci ildə keçirilən sonuncu ümumi parlament seçkiləri nəticəsində Tailand tarixində ilk qadın Baş nazir Yinqlak Çinavatın başçılıq etdiyi hökumət hakimiyyətə gəlib. 2014-cü ildə kütləvi etiraz aksiyaları və küçə iğtişaşları fonunda quru qoşunlarının komandanı general Prayut Çan-Oça milli barışıq şüarı ilə ölkədə hərbi çevriliş edib və qanunvericilik səlahiyyətlərinə malik hərbi hökumətin başına keçib. Konstitusiya ləğv olunub və onun əvəzində müvəqqəti əsas qanun işə salınıb.

Daha sonra isə təyin olunan deputatlardan ibarət müvəqqəti parlament və Nazirlər Kabineti yaradılıb. Həmçinin ölkədə bütün növ siyasi fəaliyyətə qadağa qoyulmuşdu.

pia.az


Etiket: Tailand

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay