Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Strelkov: Rusiya ordusu artıq Putinə sadiq deyil...

“DXR”in sabiq müdafiə naziri hesab edir ki, rus ordusu artıq öz Ali Baş komandanına itaətsizlik göstərir...

2015-ci ildə bölgənin sonrakı işğalı üçün Donbasda müharibənin qızışdırılmasına rəhbərlik edəı sabiq FTX polkovniki İqor Strelkov-Qirkin hesab edir ki, Rusiya ordusunun ölkə rəhbərliyinə tam sadiqliyindən artıq danışmaq mümkün deyil.

Poliqon xəbər verir ki, Strelkov bunu Ukraynadakı hərbi məğlubiyyətləri və “Vaqner”ÖHŞ-nin lideri Yevgeni Priqojinin silahlı üsyanı fonunda ölkədəki daxili siyasi vəziyyətin təhlili ilə bağlınövbəti videoçarxında deyib.

“Məni qorxuram ki, düşmən avqustun sonuna qədər öz qüvvələrini tükətmədən cəbhəmizi yarıb keçə bilsin. Bu baş verərsə, ya Rusiyada Ali Baş komandan adına nəsə naməlum bir şey var, ya da bizim prezidentimiz qərar qəbul etməkdə acizdir...”, deyə Strelkov bildirib.

“DXR”in sabiq müdafiə naziri qeyd edib ki, ola bilsin ki, prezident qərar qəbul etmək üçün azad iradəyə sahib deyil, çünki bəzi məqamlar bundan şübhələnməyə məcbur edir.

“Biz milli miqyasda fəlakətlə üzləşə bilərik və bu fəlakət hər hansı bir hərbi məğlubiyyətin bilavasitə nəticələrindən qat-qat böyük ola bilər”, deyə Strelkov hesab edir.

Strelkov “Vaqner” çevrilişindən sonra hərbi rəhbərlik nümayəndələrinin Müdafiə Nazirliyinə qarşı itaətsizliyi artıb. O, buna misal olaraq 58-ci Ordunun komandiri general İvan Popovun bu yaxınlarda vəzifədən alınmaını göztərib.

“Priqojin üsyanı, görünür ki, məqsədlərinin ən azı bir hissəsinə nail oldu. Popovun çıxışı ordunun öz yüksək komandanlığına daxilən sadiq olmadığını göstərir. Komandanlıq, Müdafiə Nazirliyinin rəhbərliyi ilə ordu arasında uçurum böyükdür və ziddiyyətlər çox kəskindir. Bu vəziyyətdə hərbi məğlubiyyət riski dövlətçiliyimiz üçün riskə çevrilir”, deyən Strelkov bunu başa düşməyin vaxtının yetişdiyini vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Haniyə Türkiyənin parçalanmasını istəyib? - 12 illik gerçək

Alimlər yatmaq üçün ən uyğun saatı açıqladılar    

Banqladeş prezidenti sabiq baş nazir Ziyanı azadlığa buraxıb

COP29-la əlaqədar dövlət orqanlarında iş rejimi dəyişəcək

Ən çox oxunanalar