Çərşənbə, 28 Fevral 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Stratfor”: “Azərbaycan-Ermənistan sərhədində eskalasiya riski var”

“Azərbaycan-Ermənistan sərhədində və ya Azərbaycanın Qarabağ bölgəsində eskalasiya riski var. Bakı ilə İrəvan arasında danışıqlar dalana dirəndikdən sonra vəziyyət gərginləşə bilər”.

Bu barədə ABŞ-nin xüsusi kəşfiyyat-analitik şirkəti “Stratfor”un ekspertləri bildiriblər.

Onların qiymətləndirməsinə görə, yeni eskalasiya dalğası bu ilin sonuna qədər sülh danışıqlarında irəliləyişin olması ehtimalını azaldacaq.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi noyabr ayı ərzində dəfələrlə öz mövqelərinin sərhəddə Ermənistan silahlı qüvvələri tərəfindən, habelə Qarabağda, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı erməni qanunsuz silahlı birləşmələri tərəfindən atəşə tutulduğu barədə məlumatlar yayıb.

“Stratfor” ABŞ-nin özəl kəşfiyyat və analitik şirkətidir, bəzən “Mərkəzi Kəfiyyat İdarəsinin kölgəsi” adlandırılır. Şirkət dünyada baş verən hadisələr haqqında məlumat toplayır və təhlil edir. (oxu.az)

pia.az 


Etiket: Stratfor


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev yeni nazir təyin etdi - Tərcümeyi-hal

Tənzilə Rüstəmxanlı boşanma söhbətlərinə belə reaksiya verdi

Tanınmış aparıcı icra başçısı ilə evlənir

Yarım əsri tamamlayan aktyor: “İntim səhnələri həyat yoldaşımla oynamışam”

DMX-nin əməkdaşlarının maaşlarının məbləğlərində dəyişiklik edilib

"Qarabağ"ın avrokuboklarda əldə etdiyi gəlir bəlli olub

Ermənistanın Rusiya və İrana qarşı atdığı addımlar nədən xəbər verir?

WSJ: Dünya başqa tərəfə baxdıqca, Şimali Koreya daha böyük təhlükəyə çevrilir...

Ən çox oxunanalar