Çərşənbə, 19 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Yaz-yay mövsümünün gəlişi ilə əlaqədar insanlar istirahət etmək üçün açıq məkanlara, xüsusilə, Dənizkənarı Milli Park ərazisində yerləşən kafe və restoranlara üz tuturlar. Hələlik havalar tam isinməsə də, bulvardakı kafe, restoranlarda çay və çay dəsgahlarının qiyməti indidən od tutub yanır.

“Report”un əməkdaşları vəziyyətlə yaxından tanış olmaq üçün Dənizkənarı Milli Park ərazisində yerləşən məkanlarda olublar.

Sadə çay içmək üçün həmin məkanlardan birində yaxınlaşırıq. Getdiyimiz ilk obyektdə çayın yalnız dəsgah formasında təqdim olunduğunu dedilər. Çay dəsgahının kifayət qədər baha - 28-33 manata təklif olunması bir yana, məkanda müştərilərin qiymətlərlə tanış olmaları üçün onlara menyu da təqdim edilmir.

Müşahidə aparmaq üçün getdiyimiz digər məkanda da oxşar vəziyyətlə qarşılaşırıq. Hətta burada qiymətlər müştərilərin divanda və ya stulda əyləşmələrinə görə dəyişir.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi mövzu ilə bağlı bildirib ki, haqqında danışılan problemlə əlaqədar iaşə və istirahət məkanlarında effektli tənzimləmələr aparılmır:

“Dövlət qurumlarının bir çoxu deyir ki, biz biznesin işinə qarışmırıq. Aydın məsələdir ki, azad bazar şəraitində qiymətlər tələb və təklif əsasında formalaşır. Amma bu o demək deyil ki, qiymətləri necə gəldi müəyyənləşdirə bilərlər. Tənzimləmə mexanizmləri var, amma təəssüflər olsun ki, biz hazırda bu tənzimləməni görmürük”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə deyir ki, bu cür halların olması istehlakçı hüququnun pozulması və onun seçim hüququndan məhrum edilməsi deməkdir:

“Bu məsələ Azərbaycanda turizmin inkişafına da mənfi təsir göstərir. Təəssüf ki, Azərbaycan hökumətinin biznes qurumları üçün yaratdığı rahat toxunulmazlıq mühitindən sui-istifadəyə yol verilir. Belə ki, yerli və xarici istehlakçılarla bu cür kobud davranılır. Nazirlər Kabinetinin qərarında da qeyd olunub ki, restoranlarda mütləq menyu olmalı və orada qiymətlər göstərilməlidir. Düşünürəm ki, Dənizkənarı Bulvar İdarəsi və İdarənin yanında İctimai Şura bu işlərlə ciddi məşğul olmalı, belə hallara son qoyulmalıdır”.

Dənizkənarı Bulvar İdarəsindən bildirilib ki, park ərazisində fəaliyyət göstərən iaşə obyektlərində qiymətlər hər yerdə olduğu kimi sahibkarların özləri tərəfindən müəyyən edilir. Bununla belə, yaz-yay mövsümünün gəlişi ilə əlaqədar insanların Milli Parka axınının daha da artmasını nəzərə alaraq Dənizkənarı Bulvar İdarəsinin səlahiyyətləri çərçivəsində sahibkarlarla iş aparılır. İaşə obyektlərində əsassız depozitlərin ləğvi, menyuların təqdim edilməsi, çayın dəsgahsız təklif olunması kimi məsələlərin sahibkarlar tərəfindən həll edilməsi ilə bağlı razılığa gəlinib. İaşə obyektlərində qiymətlərin əlçatanlığı, ümumi xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində isə işlər davam etdirilir.

Daha ətraflı videomaterialı təqdim edirik:

Poliqon.info

 

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

3 bürcün həyatında tezliklə sevgi macəraları başlayacaq

Kürdəmirdə ağır yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

İki ölkə Ruttenin NATO-nun Baş katibi olmasına qarşıdır

Azərbaycanda vəzifəli şəxsin üzərinə benzin tökdülər

İranda zəlzələ nəticəsində xəsarət alanların sayı artdı, ölənlər var

Avro-2024: Türkiyə ilk matçında qələbə qazandı 

Cavanşir körpüsündə işlər nə yerdədir? - Video

Azərbaycanın əmək haqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb

Ərdoğan və Paşinyan Türkiyə-Ermənistan münasibətləriini müzakirə ediblər

Polşa dövləti ermənini İnterpol xətti ilə beynəlxaq axtarışa verdi - Foto

Ermənistanda "Daşnaksütyun"un 5 nümayəndəsi həbs edildi

Verma İrəvana ABŞ-ın hansı təklifini gətirib?

Ən çox oxunanalar