Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şoyqunun Qarabağ məsələsindəki Qərb narahatçılığı... - Moskva sülhdən niyə bu qədər narahatdır?..

Şoyqu bildirib ki, Qərb Qarabağda sülhməramlı missiyanın siyasətinə müdaxilə edir...

Politoloq: “Əgər Şoyqu və Rusiyanın rəhbərliyi Qərbin onların fəaliyyətinə mane olduğunu düşünürsə, bəs onda Rusiyanın özünə proseslərdə sağlam mövqe tutmağa nə mane olur?”.

Rusiyanın son dönəmdəki fəaliyyəti son dərəcədə ikibaşlı və riyakar mövqedir. Rusiya gərək bu ikibaşlı və çirkin oyunlarından bir az uzaqlaşsın”.

Bu sözləri politoloq Tofiq Abbasov Rusiyanın müdafiə nazirinin Qərbin Qarabağda sülhməramlı missiyanın siyasətinə müdaxilə etməsi fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiyanın müdafiə naziri Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında deyib ki, Qərb Qarabağda sülhməramlı missiyanın siyasətinə müdaxilə edir. Şoyqu həmçinin qeyd edib ki, Qərb ölkələri Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışır. Nümunə olaraq Rusiyanın müdafiə naziri Aİ-nin Ermənistanda terləşdirilən missiyasını da misal çəkib və vurğulayıb ki, KTMT öz missiyasını Ermənistanda yerləşdirməlidir.

Şoyqunun səsləndirdiyi bu fikirləri necə dəyərləndirərmək olar və bu fikirlər onu deməyə əsas verirmi ki, Moskva bölgədə gedən sülh prosesindən son dərəcə narahatdır?

Rusiyanın sülh prosesində oynadığı “oyun”ları Poliqon-un əməkdaşı politoloq Tofiq Abbasov ilə müzakirə edib.

Tofiq Abbasov: “Biz burada “dünyasını dəyişmiş” bədnam Minsk qrupunun təcrübəsinin işartılarını görürük”.

İndi Rusiyanın əlində riçaqların olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, əgər Rusiya istəsə, bu proseslərdə səhman yarada, öz moderatorluq öhdəliklərini yerinə yetirə bilər və Azərbaycan kimi qonşusunu, müttəfiqini itirməz:

“Biz burada “dünyasını dəyişmiş” bədnam Minsk qrupunun təcrübəsinin işartılarını görürük. Yenidən onlar gündəmə gəlir. Qərblə, Şərq arasında mübarizə gedir. Kim vacib moderatordur, kim hansı xidmətləri üzərinə götürə bilər və s. Amma artıq Azərbaycan bu proseslərə məhəl qoymur. Yəni, Azərbaycan danışıqlara da gedir, olanları da görür və öz işini də görür.

Rusiyanın son dönəmdəki fəaliyyəti son dərəcədə ikibaşlı və riyakar mövqedir. Rusiya gərək bu ikibaşlı və çirkin oyunlarından bir az uzaqlaşsın. Əgər Şoyqu və Rusiyanın rəhbərliyi Qərbin onların fəaliyyətinə mane olduğunu düşünürsə, bəs onda Rusiyanın özünə proseslərdə sağlam mövqe tutmağa nə mane olur? Niyə Rusiyanın hərbiçiləri orada özlərinə məxsus biznes qururlar, erməni quldurları ilə iş birliyinə gedirlər? Niyə Ruben Vardanyanı Kreml Qarabağda dövlət naziri kimi təqdim edir? Halbuki, o adamın Qarabağa, Azərbaycana heç bir aidiyyəti yoxdur. Heç Qarabağda yaşayan ermənilər Vardanyanı bəyənmədilər.

Bu proseslər də Azərbaycanın reinteqrasiya istiqamətində işlərə başlayanda baş verdi. Elə həmin andan Rusiya Roben Vardanyanı ortaya çıxardı, eyni zamanda status məsələsini ortaya atdı. Moskva istəyir ki, status məsələsi həllini tapmasın gələn nəsillər də onu üzərində işləsin. Rusiya tərəfindən ortaya atılan status məsələsi çox lazımsız və təhlükəli gediş idi.

Tofiq Abbasov: “Əgər Rusiya Qərbdən bədgümandırsa, onda çalışsın öz işlərini düzgün qursun və bu prosesdə sülh müqaviləsinin imzalanmasına maneçiliklər törətməsin”.

Əgər Rusiya 10 noyabr bəyannaməsinə haqqında danışırsa, zəhmət çəksin proseslərdə iştirakını təsdiqləsin. Digər tərəfdən də Ermənistanı öhdəlikləri yerinə yetirmək üçün vadar etsin. Azərbaycan tərəfi heç bir ləngitmə, süründürməçilik etmir. Azərbaycan üzərinə düşən bütün işləri gördü.

İndi Rusiyanın əlində riçarklar var. Əgər Rusiya istəsə, bu proseslərdə səhman yarada, öz moderatorluq öhdəliklərini yerinə yetirə bilər və Azərbaycan kimi qonşusunu, müttəfiqini itirməz. Əgər Ermənistan Rusiyanın müttəfiqidirsə, Azərbaycan da onun müttəfiqidir. 2022-ci ilin 22 fevralında imzalanmış bəyannaməyə əsasən AzərbaycanRusiya müttəfiqdir. Bəs niyə Rusiya öz öhdəliklərini qulaqardına vurur? Niyə tərəfkeşlik edir? Niyə proseslər düz getdiyi halda onları əyri tərəfə yönəldir?

Burada Rusiyanın günahı var. Əgər Rusiya Qərbdən bədgümandırsa, onda çalışsın öz işlərini düzgün qursun və bu prosesdə sülh müqaviləsinin imzalanmasına maneçiliklər törətməsin.

Yeri gəlmişkən yada salım ki, prezident İlham Əliyev Soçi görüşündə Putinə demişdi ki, siz ermənilərin inteqrasiyaya hazır olduqlarını və inteqrasiyaya getdiklərini görəndə Vardanyanı ortaya atdınız, status məsələsini yenidən gündəmə gətirdiniz. Putin də demişdi ki, mənim xəbərim yoxdur. Guya Putin bu işləri prezident İlham Əliyevdən eşitdi.

Tofiq Abbasov: “Rusiya tərəfindən ortaya atılan status məsələsi çox lazımsız və təhlükəli gediş idi”.

Əgər həqiqətən də, Rusiya öz imicini saxlamaq istəyirsə və Azərbaycanın timsalında normal qonşusunu, yaxşı tərəfdaşını, eləcə də müttəfiqini görmək istəyirsə, gərək öz hərəkətlərinə dəyişiklər etsin. Moskva sağlam moderatorluq rolunu oynamalıdır.

Onsuz da Ermənistan çox məsuliyyətsiz bir ölkədir. Ermənistan öz müqəddəratını ona-buna həvalə edib. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyır deməsi ilə Rusiya yenidən qıcıqlandı.

Düşürəm ki, əvvəl-axır Azərbaycanın mövqeyi üstün gələcək. Çünki biz heç bir qaydaları pozmadan prosesləri təmin edirik. Eləcə də, göstəririk ki, sülh təkcə bizə yox həm də qonşularımıza, o cümlədən də Rusiyaya lazımdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar