Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şoyqu Priqojinə, “Patriot” isə “Vaqner”ə qarşı - Parçalanmış Rusiya ordusu...

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Yevgeni Priqojinin “Vaqner” Özəl Hərbi Şirkətinə qarşı “Patriot” Özəl Hərbi Şirkətini formalaşdırıb və yeni muzdluları Donetsk vilayətininə göndərib...

PİA.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ilə milyarder, “Vaqner” Özəl Hərbi Şirkətinin qurucusu Yevgeni Priqojin arasında qarşıdurma böyüməkdədir.

Rusiya mətbuatı bildirir ki, “Patriot” Özəl Hərbi Şirkətini Sergey Şoyqu yaradıb və Donetsk vilayətinin Uqledar şəhərində yerləşdirib. Muzdlu savaşçılar döyşə hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, Rusiya mətbuatında gedın yazılardan belə görünür ki, Rusiya Müdafiə Nazirliyi ilə milyarder Jevgeni Priqojin arasında ciddi qarşıdurma var. Bundan əvvəl “Vaqner qrupu” sosial şəbəkələrdə video yayaraq Rusiya Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Valeri Gerasimovun ünvanına ittihamlar səsləndirmişdilər. Təhqiramiz ifadələr yer alan həmin müraciətdə bildirilirdi ki, Müdafiə Nazirliyi “Vaqner”çilərə silah-sursat vermir. Buna cavab olaraq Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev “Vaqner qrupu”nun qanunsuz olduğunu bildirmişdi. Dünən isə Yevgeni Priqojin həmin müraciəti yayan “vaqner”çilərlə görüşərək, onları tərifləyib.

Ümumiyyətlə isə son zamanlar hakimiyyətinin yuxarı eşalonunda Yevgeni Priqojinə qarşı qıcıq yaranıb. Rusiya mətbuatı yazır ki, Ukraynada müharibənin başlaması ilə siyasi çəki qazanmağa başlayan “Vaqner” Özəl Hərbi Şirkətinin təsisçisi Yevgeni Priqojinə qarşı Putinin ətrafında narazılıq var. İstər Prezident Adminstrasiyası, istər FTX, istərsə də Müdafiə Nazirliyi Priqojinin iddialarından narahat olduqlarını gizlətmirlər. Putinin yaxın ətrafı isə ümumiyyətlə Priqojinin Putinə yaxınlığını rədd edirlər.

Qeyd edək ki, Ukraynada müharibə aparan Rusiya ordusunda bir-birinə bağlı olmayan bir neçə hərbi qruplaşma fəaliyyət göstərir. Onlardan biri Müdafiə Nazirliyinin birləşmələri, digəri Çeçenistan lideri Ramzan Kadırova bağlı qruplaşma və o cümlədən Yevgeni Priqojinin əmrlərinə tabe olan “Vaqner qrupu”dur. Bundan başqa Vladimir Zolotovun komandanlıq etdiyi “Rosqvardiya” birləşmələri də Ukraynada müstəqil hərəkət edir. İndi isə Şoyqunun “Patriot” Özəl Hərbi Şirkəti də cəbhə bölgəsinə göndərilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Rəisinin helikopterinin qəzaya uğramasının qaranlıq tərəfləri...

Ədalət Verdiyev: Qərbə arxayın olmaq Ukrayna üçün faciələr yaratdı...

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Nazir: Pensiyaçıların 10 faizi xüsusi şərtlərlə alanlardır

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Bakının əsas prospektlərindən biri təmirə bağlanır

Paytaxt sakinlərindən Şəhriyar Məmmədyarovun qadınlarla bağlı qalmaqal yaradan fikirlərinə reaksiya

Ən çox oxunanalar