Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın demokratiya, insan haqları və ədalətin müdafiəçisi kimi çıxış etməyə haqqı varmı?..

ABŞ rəsmiləri Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunun İsrail dövlət rəhbərlərinin həbsi ilə bağlı order verilməsini biabırçılıq kimi dəyərləndiriblər...

Siyasi-şərhçi: “ABŞ bir çox məsələlərdə obyektiv ola bilmədiyi üçün Vaşinqtonun insan haqları, demokratiya və ədalətin müdafiəçisi kimi çıxış etməsi sadəcə absurddur”.

“Bu ikili standartlarının ən bariz nümunəsidir. ABŞ özü əvvəl Roma statusunu qəbul etmişdi, amma sonra İraqda və Əfqanıstanda Amerika hərbiçilərinin işlədikləri hərbi cinayətlərin BCM-də mühakiməsinə görə imzasını geri götürdü”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov ABŞ rəsmilərinin Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunun İsrail dövlət rəhbərlərinin həbsi ilə bağlı order verilməsini biabırçılıq adıandırmasını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, ABŞ rəsmiləri Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunun İsrail dövlət rəhbərlərinin həbsi ilə bağlı order verilməsini biabırçılıq kimi dəyərləndiriblər. Bayden dünən bildirib ki, İsrailin Qəzzadakı hərəkətlərini soyqırım kimi qəbul etmir və BCM prokurorunun addımını qəbul edilməz adlandırıb. Konqresdən və Dövlət Departamentindən isə BCM-yə sanksiya təhdidləri sovrulur. Lakin eyni ABŞ rəsmiləri BCM-nin Rusiya prezidenti Vladimir Putininnin həbsi ilə bağlı verdiyi orderi alqışlayırlar. ABŞ-ın müdafiə naziri Lloyd Ostin isə jurnalistlərə açıqlmasında bildirib ki, Pentaqon Ukrayna məsələsində BCM ilə əməkdaşlıq etməyə davam edəcək.

Bu durumda, beynəlxalq hüquqa ancaq öz prizması və maraqları çərçivəsindən yanaşan ABŞ-ın demokratiya, insan haqları və ədalətin müdafiəçisi kimi çıxış etməyə nə qədər haqqı var? Bu yaşananlar özü ABŞ-ı beynəlxalq hüquqa qarşı qoymurmu?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “İsrailin HƏMAS-a qarşı apardığı hərbi əməliyyatlar nəticəsində fələstinlilərin Qəzadan kütləvi köçü, kütləvi qırğınlar, kütləvi dağıntılar, baş verib. Bu son 70 ildə ABŞ-ın Vyetnamda apardığı dağıdıcı müharibədən sonra ən çox imic itkisinə gətirib çıxaran hadisədir”.

İsrailin rəhbərinin kimin olmasından asılı olmayaraq, ABŞ hər vəchlə İsraili dəstəklədiyini xatırladan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, belə olan halda, bu ABŞ-ın imicinə mənfi təsir göstərir və bir daha sübut edir ki, Vaşinqton heç də idda etdiyi kimi insan haqlarının, ədalətin müdafiəçisi deyil:

“Bu ikili standartlarının ən bariz nümunəsidir. ABŞ özü əvvəl Roma statusunu qəbul etmişdi, amma sonra İraqda və Əfqanıstanda Amerika hərbiçilərinin işlədikləri hərbi cinayətlərin BCM-də mühakiməsinə görə imzasını geri götürdü. Beləliklə də, ABŞ Roma statusunu ratifikasiya etməyən dövlətlər siyahısında yer aldı. Lakin ABŞ-ın öz hərbiçilərinin hərbi cinayətlərinə haqq qazandırması belə böyük biabırçılıq idi və hazırda bu biabırçılığın ikinci səhnəsi oynanılır .

Azərbaycan isə ümumiyyətlə BCM-yə üzv olmaq üçün heç vaxt müraciət də etməyib. Bu səpkidə əgər biz dünyaya ağ-qara baxsaq, necə ki, hər zaman Qərb baxır, biz Azərbaycanla ABŞ-ın eyni cərgədə, yəni Roma statusuna qoşulmayan ölkələr cərgəsində olduğunu görərik.

Digər tərəfdən Beynəlxalq Cinayət Məhkəməsinin İsrail rəhbərliyini ilə bağlı qərarına ABŞ-ın müdaxilə etməsi, birbaşa Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərinin verəcəyi qərara ABŞ tərəfindən təzyiqdir. Burada artıq ABŞ tərəfindən demokratiyadan, insan hüquqlarından, ümumiyyətlə beynəlxalq hüquqdan danışmaq yersizdir. Yəni ABŞ bir çox məsələlərdə obyektiv ola bilmədiyi üçün Vaşinqtonun insan haqları, demokratiya və ədalətin müdafiəçisi kimi çıxış etməsi sadəcə absurddur.

Qeyd edim ki, İsrailin HƏMAS-a qarşı apardığı hərbi əməliyyatlar nəticəsində fələstinlilərin Qəzadan kütləvi köçü, kütləvi qırğınlar, kütləvi dağıntılar, baş verib. Bu son 70 ildə ABŞ-ın Vyetnamda apardığı dağıdıcı müharibədən sonra ən çox imic itkisinə gətirib çıxaran hadisədir. İsrailin rəhbəri kimin olmasından asılı olmayaraq, ABŞ hər vəchlə İsraili dəstəkləyir. Belə olan halda, əlbəttə ki, bu ABŞ-ın imicinə mənfi təsir göstərir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

Ən çox oxunanalar