Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AK rəhbəri: Aİ Çinə qarşı ticarət müharibəsi aparmaq istəmir...

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa İttifaqı Çinlə ticarət müharibəsinə girmək niyyətində deyil...

Poliqon xəbər verir ki, AK rəhbəri bu barədə Financial Times nəşrinə müsahibədə danışıb.

"Biz rəqabət istəyirik, birlikdə ticarət etmək istəyirik, lakin bunun ədalətli və qaydalara uyğun olmasını istəyirik. Bu, ABŞ-dan daha differensiallaşdırılmış, məqsədyönlü yanaşmadır", deyə fon der Leyen bildirib.

AK sədri vurğulayıb ki, Avropa bazarının Çinə bağlanmasından söhbət getmir. O, etiraf edib ki, Avropa İttifaqı ultra ucuz Çin məhsullarının yerli bazarı doldurmasından narahatdır. Eyni zamanda, Avropadan olan şirkətlər ədalətli şərtlərlə Çin bazarına girməyə çalışarkən problemlərlə üzləşirlər.

Ötən həftə ABŞ yerli istehsalı dəstəkləmək üçün Çindən idxal olunan mallara tarifləri artırıb. Yeni tariflər yarımkeçiricilər və elektrik avtomobilləri də daxil olmaqla geniş çeşiddə məhsullara təsir göstərib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar