Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi keçirilib  

Birinci Qarabağ müharibəsi zamanı itkin düşdüyü hesab edilən və Gəncədəkı Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu 30 il sonra müəyyənləşən Elşən Nəzərəli oğlu Xasiyevlə vida mərasimi keçirilib.

“Report” xəbər verir ki, şəhidin nəşi mərhumun ailə üzvlərinin Bakı şəhərinin Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən evinə gətirilib.

Mərasimdə mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin nəşinin qalıqları vida mərasimi başa çatdıqdan sonra paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, E.Xasiyev 1968-ci il aprelin 8-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində anadan olub. O, hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. Daha sonra ailəsi ondan xəbər ala bilməyib. Onun Gəncədəkı Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu 30 il sonra müəyyənləşib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

Ən çox oxunanalar