Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Revanşistlərin bu etiraz aksiyaları bəlkə də Paşinyanın son sınağıdır...

Arxiyepiskop Baqrat Qalstanyan mayın 26-da “izdihamlı mitinq” başladacağını elan edib...

Kənan Novruzov: “Ermənistanın mövcud iqtidarına alternativ olaraq məhz din xadiminin seçilməsi təsadüfi deyil”.

“Mümkündür ki, hazırda Paşinyan əleyhinə aksiyalarda Rusiyanın əli olsun. Çünki Rusiya artıq Paşinyandan cana doyub”.

Bu sözləri politoloq Kənan Novruzov Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın rəhbərliyi altında Ermənistan revanşistlərinin son cəhdlərini Poliqon-a şərh edərkən qeyd edib

Ermənistanda revanşist hərəkatın Paşinyana qarşı etiraz aksiyaları davam etməkdədir. Qeyd edəkki, b hərəkatda əsasən Rusiyameylli qüvvələr, keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın tərəfdarları iştirak edir. Bir müddət əvvəl hərəkat Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın rəhbərliyi altında İrəvanda təqribən 30 minlik mitinq keçirməyə nail olsa da, sonrakı günlər təşəbbüs əldən verildi və hazırda hərəkat tənəzzül etməkdədir. Hərəkatın tənəzzülü isə hər şeydən əvvəl Erməni Apastol Kilsəsinin imicinə ciddi zərbə vuracaq. Çünki faktiki olaraq hərəkata Baqrat Qalstanyanın timsalında EAK rəhbərlik edir və Tavuş hərəkatının iflasa uğraması əslində uzun illər boyu erməni ictimai şüuruna hakim olan erməni kilsəsinin məğlubiyyətidir.

Dünən parlament dinləmələrində çıxış edən baş nazir Nikol Paşinyan isə bildirib ki, yaxın 2-3 ay müddətində kilsəni tam edəcək və din xadimlərinin Ermənistan dövlətinə qarşı faəliyyətlərinə hökumət dözməyəcək.

Buna baxmayaraq revanşist hərəkata rəhbərlik edən keşiş Baqrat Qalstanyan mayın 26-da “izdihamlı mitinq” başladacağını, Nikol Paşinyan hökumətinə qarşı “təsiredici addımlar” atacaqlarını elan edib. Lakin o da faktdır ki, artıq Qalstanyanın hərəkatı erməni xalqı tərəfindən rədd edilib və bəlkə də mayın 26-da revanşistlərin son cəhdləri iflasla nəticələnəcək.

Ümumilikdə Ermənistada revanşistlərin son addımlarını necə dəyərləndirmək olar? Kilsənin rəhbərliyi altında revanşist qüvvələrin nəyəsə nail olması və hakimiyyətə gələrlərsəbelə nəyisə dəişmələri mümkün görünürmü? Ümumiyyətlə, Ermənistanda hakimiyyətin dəyişməsi bu ölkədə mövcud durumu dəyişə bilərmi?

Ermənistanda baş verən aksiyaları Poliqon-un əməkdaşı "Report" İnformasiya Agentliyinin əməkdaşı, politoloq Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Ermənistanın indiki vəziyyətində heç bir dəyişiklik yaratmayacaq, əslində isə vəziyyəti daha da pisləşdirəcək. Çünki digər erməni siyasətçilərdən fərqli olaraq Paşinyan reallığın nə olduğunu başa düşür”.

Hazırda davam edən aksiyaların faktiki nəticəsinin olacağını düşünməyən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, ümumiyyətlə, Ermənistanda hakimiyyətin dəyişəcəyini də inanmır:

Ermənistanın mövcud iqtidarına alternativ olaraq məhz din xadiminin seçilməsi təsadüfi deyil. Bildiyimiz kimi din həssas mövzudur və dindarların adətən geniş auditoriyası olur. Digər tərəfdən isə Erməni Apastol Kilsəsi əsrlər boyu erməni xalqının ictimai şüurunu yönəldib və bu şüura hakim olub. Bu gün ermənilərin xəstə təxayülə sahib olması da məhz kilsənin xidmətidir. Bu baxımdan düşünürəm ki, hərəkata din xadiminin rəhbərlik etməsi düşünülmüş kombinasiyadır. Bəlkə də Qalstanyan yerinə başqa adam olsaydı, daha az adam küçəyə çıxacaqdı. Lakin məsələnin bir də o tərəfi var ki, revanşistlər bu dəfə də məğlub olarlarsa kilsənin də nüfuzuna ciddi zərbə vurmuş olacaqlar. Faktiki olaraq bu hərəkatın iflasından sonra Paşinyan kilsədə islahatların aparılması üçün ciddi addımlar atacaq və o da bunu gizlətmir. Yəni mən deyərdim ki, mayın 26-na elan olunan mitinq trvanşistlərin son cəhdi ola bilər.

Əslində indi də küçədə o qədər adam yoxdur. Yəni 2-3 gün adamlar küçəyə çıxardılar, amma indi azalma müşahidə olunur. Əslində bu onu göstərir ki, Ermənistanda mövcud iqtidarın siyasətindən narazı olan insanlar o qədər də çox deyil. Eyni zamanda bu vaxta qədər Paşinyan hakimiyyətinə əleyhinə belə aksiyaları çox görmüşük.

Kənan Novruzov: “Paşinyanın hakimiyyətdən getməsi üçün əsas obyektiv şərtlərdən biri və birincisi Robert Koçaryanın və Serj Sarkisyanın siyasətdən birdəfəlik və birmənalı getmələridir. Əslində bu gün Paşinyanın istefasını tələb edən sabiqlər onun hakimiyyətdə qalmasını təmin edirlər”.

2020-21-ci illərdə hətta, Paşinyan məğlub olan siyasi lider olmasına baxmayaraq, yenə də hakimiyyətdə qala bildi və xalqdan tam mandat ala bildi. Bu da onu göstərir ki, erməni xalqı sabiqlərin bir daha geri qayıtmasını heç bir vəziyyətdə istəmir. Onu da qeyd edim ki, əgər sabiqlər Baqrat Qalstanyanın ətrafında toplanmasaydı, hərəkat daha güclü olacaqdı və bəlkə də hansısa uğura sahib ola bilərdi. Yəni Paşinyanın hakimiyyətdən getməsi üçün əsas obyektiv şərtlərdən biri və birincisi Robert Koçaryanın və Serj Sarkisyanın siyasətdən birdəfəlik və birmənalı getmələridir. Əslində bu gün Paşinyanın istefasını tələb edən sabiqlər onun hakimiyyətdə qalmasını təmin edirlər.

Digər tərəfdən Paşinyana kənardan, Qərb dövlətlərindən dəstək var. Qərb dövlətləri istəyir ki, Paşinyan hakimiyyətini qorusun. Mümkündür ki, hazırda Paşinyan əleyhinə aksiyalarda Rusiyanın əli olsun. Çünki Rusiya artıq Paşinyandan cana doyub. Lakin Rusiyanın da məcburən sabiqlərə möhtac olması Moskvanın imkanlarını çox daraldır.

Hazırda davam edən aksiyaların nəticəsinin olacağını düşünmürəm. Ümumiyyətlə, Ermənistanda hakimiyyətin dəyişəcəyini də düşünmürəm. Paşinyan hələ hakimiyyətdə qalacaq. Bu aksiyalar bəlkə də Paşinyanın son sınağıdır.

Digər tərəfdən isə hər hansı bir halda Paşinyan hakimiyyətdən getsə belə, bu Ermənistanın indiki vəziyyətində heç bir dəyişiklik yaratmayacaq, əslində isə vəziyyəti daha da pisləşdirəcək. Çünki digər erməni siyasətçilərdən fərqli olaraq Paşinyan reallığın nə olduğunu başa düşür”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti bərpa edilib

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Yarımmilyonluq dələduzluqda ittiham olunan məmur azadlıqda: Cavanşir Əvəzovu kim qoruyur?

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Ən çox oxunanalar