Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Blinken: ABŞ Gürcüstana qarşı tədbirləri müzakirə edir...

ABŞ “xarici agentlər haqqında” qanun layihəsinin Gürcüstanda müzakirə edilməsindən narahatdır və buna qarşı mümkün tədbirləri nəzərdən keçirir...

Poliqon xəbər verir ki, bununABŞ dövlət katibi Entoni Blinken deyib. Dövlət katibinin sözlərinə görə, Avropa İttifaqı da yaranmış vəziyyətə yaxın vaxtlarda cavab verməyi planlaşdırır.

“Biz buna cavab olaraq nə edə biləcəyimizi çox diqqətlə nəzərdən keçiririk. Hesab edirəm ki, biz tədbir görəcəyik”, deyə Blinken Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində bildirib. Dövlət katibi vurğulayıb ki, “xarici agentlər haqqında” qanun layihəsi “gürcülərin əksəriyyətinin Aİ-yə inteqrasiyaya doğru irəliləmək istəyi ilə açıq şəkildə ziddiyyət təşkil edir”.

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna düzəlişləri üçüncü və yekun oxunuşda qəbul edib. Dörd gün sonra Gürcüstan prezidenti Salome Zurabişvili qanuna veto qoyub. Bu təşəbbüsü irəli sürən hakim “Gürcü Arzusu” partiyası vetonu ləğv etmək niyyətində olduğunu açıqlayıb. Qanun layihəsinə əsasən, xaricdən 20%-dən çox maliyyələşən istənilən təşkilat hər il öz mənbələri və vəsaitdən məqsədli istifadəni göstərməklə gəlir bəyannaməsi təqdim etməlidir.

Financial Times qəzeti xəbər verib ki, bir sıra Avropa ölkələri Gürcüstana qarşı sanksiyaların tətbiqini, o cümlədən vizasız rejimin ləğvini təklif ediblər. “Foreign Policy” nəşrinə görə, “xarici agentlər haqqında” qanuna görə, Avropa Komissiyası Gürcüstanın Aİ üzvlüyünə namizəd statusunu təsdiqləməyə bilər. Venesiya Konstitusiya Hüququ Komissiyasının fikrincə, qanun “Gürcüstanda plüralizm və demokratiyaya zərər verəcək”. Qanun layihəsinin müzakirəsi fonunda bir neçə həftədir ki, ölkədə etiraz aksiyaları keçirilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Ən çox oxunanalar