Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Bakıda ən bahalı torpaq sahələri qeyri-yaşayış obyektlərinin tikintisi üçün yararlı olan torpaq sahələridir...

Poliqon xəbər verir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O qeyd edib ki, torpaq sahələri də tükənəndir və Bakıda tikinti üçün yararlı torpaq sahələri, demək olar ki, yoxdur.

"Bu baxımdan, tələbat artır və qiymət artımı yüksəlir. Ən bahalı torpaq sahələri şəhərin mərkəzi ərazilərindədir, daha çox qeyri-yaşayış obyektlərinin tikintisi üçün yararlı, mərkəz yolların kənarında yerləşən torpaq sahələridir.

Bu cür torpaq sahələrinin bir sotunun qiyməti 300-500 min manat arası dəyişir. O ərazilərdə obyektlər inşa ediləndə bir kvadrat metrinin qiyməti 20 min manatdan baha təklif olunur", - deyə o əlavə edib.

E.Fərzəliyev vurğulayıb ki, hazırda həyət evlərinin də qiymətində artım müşahidə olunur.

"Həyət evlərinə tələbat olduğu üçün qiymət artımına gətirib çıxarır. Bu da mövsümi xarakter daşıyır və hər il bu hal müşahidə olunur. Əgər tələb davam edəcəksə, aktivlik yüksək olacaqsa, qiymət artımı da olacaq", - deyə qeyd edib.

Poliqon.info


Etiket: torpaq qiymət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Ən çox oxunanalar