Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarovun "Persona" verilişində səsləndirdiyi "Qadınlar kişilərdən hansı sənətdə üstündürlər? Çox fikirləşməyiniz belə artıq qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz, çünki yoxdur" fikirləri müzakirəyə səbəb olub...

Onun sözləri xanımları narazı salıb. Müzakirələr zamanı bildirilib ki, kişilərin uğurlu olmalarının səbəbi məhz arxalarında dayanan, onlara ilham verən güclü qadınlardır.

Əməkdar artist Çingiz Əhmədov pravda.az-a açıqlamasında Ş.Məmmədyarovun fikirlərini dəstəkləyərək belə deyib:

"Qadınlara hər zaman hörmət etmişik. Mən indi də xanımımın hörmətini saxlayıram, eyni zamanda o da mənim. Xanımlar hər evdə kişinin başının tacıdır. Amma deməzdim ki, hansısa sahədə qadın güclüdür. Bəli, bütün sahələrdə kişilər öndədirlər. Hərənin öz fikri var. Qadın öz evinin yaraşığıdır. Qadınlara böyük hörmətimiz var, amma həmişə iş başında kişilər olublar. Sovet dönəmindən belə görmüşük. Təbii ki, millət vəkili qadınlarımız da olub. İndi də var. O vaxtlar Şamama Həsənova iki dəfə Sosialist Əməyi Qəhrəmanı olmuşdu. Allah rəhmət eləsin. Gözəl xanım, kişi qeyrətli idi. Xudatda kənd soveti var idi, Xumar müəllimə. Yəni belə kişi qeyrətli qadınlar da var, amma çox azdır. Buna görə də xanımlara uğurlar arzulayıram. Kişilər də həmişə qadınların başının tacı olsunlar".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar