Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Dövlət Baxçalı Türkiyədə dövlət çevrilişi ilə bağlı açıqlama verdi, Ankarada çoxlu sayda polis dövlət çevrilişi ittihamı ilə həbs edildi...

Politoloq: “Dünən Türkiyədə yayılan məlumatlar hər bir Azərbaycan vətəndaşını narahat edən məlumat oldu”.

“Nəzərə almalıyıq ki, Türkiyə prezidenti hakimiyyətdə olduğu 22 il müddətində bundan daha çətin vəziyyətlə üzləşib”.

Bu sözləri politoloq Oktay Qasımov Türkiyədə dövlət çevrilişinə cəhd iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının dövlət çevrilişi ilə bağlı verdiyi bəzi açıqlamalarından sonra Rəcəb Tayyib Ərdoğan prezident iqamətgahında ölkənin ədliyyə naziri Yılmaz Tunc və Milli İstehbarat Təşkilatının rəhbəri İbrahim Kalınla gecə təcili görüş keçirib. Görüşdə Daxili İşlər naziri Əli Yerlikayanın iştirak etməməsi diqqət çəkib və Ankarada çoxlu sayda polis dövlət çevrilişi ittihamı ilə həbs edilib. Eyni zamanda daha çox kürd siyasətçilərin toplaşdığə DEM Partiyada da saxlanılanlar var.

Türkiyədə son dövlət çevrilişi iddialarını necə dəyərləndirmək olar? Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Türkiyə baş verən hadisəni Poliqon-un əməkdaşı politoloq Oktay Qasımov ilə müzakirə edib.

Oktay Qasımov: “Artıq hansısa bir qrum, ya da təşkilat Türkiyədə dövlət çevrilişi etmək iqtidarında deyillər”.

Son yayılan məlumatlar narahatlıq doğursa da, bunun ciddi səviyyədə bir məsələ olacağına inanmayan politoloq vurğulayıb ki, Türkiyə dövlətinin əsas strukturları bu cür təhlükələrin qarşısını dərhal almağa qadirdirlər:

“Dünən Türkiyədə yayılan məlumatlar hər bir Azərbaycan vətəndaşını narahat edən məlumat oldu. Belə ki, Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı müəyyən sayda polis əməkdaşlarının həbs edilməsi və digər siyasətçilələrin də bu işə qarışması ilə bağlı yayılan məlumatlar, iddialar narahatedici məqamdır.

Amma nəzərə almalıyıq ki, Türkiyə prezidenti hakimiyyətdə olduğu 22 il müddətində bundan daha çətin vəziyyətlə üzləşib. Xüsusilə 2007-ci ildə o zamankı baş qərargah rəisi və ordu tərəfindən yayılan bəyanat Türkiyə cəmiyyətində rezonans doğurdu. Ondan sonra müxtəlif əməliyyatlar aparıldı.

Bundan başqa 2016-cı ildə Türkiyədə hərbi çevriliş cəhdi oldu. 300-ə yaxın Türkiyə vətəndaşı həmin şevriliş vaxtı həyatını itirdi, yaralananlar oldu. Amma Türkiyə xalqı dövlət çevrilişinin qarşında dimdik dayanaraq xain planın həyata keçməsinə imkan vermədi.

Oktay Qasımov: “Hesab etmirəm ki, son baş verən hadisə Türkiyə dövləti üçün hansısa bir təhdid yaradır”.

Son yayılan məlumatlar da narahatlıq doğursa da, hesab edirəm ki, bu ciddi səviyyədə olacaq məsələ deyil. Türkiyə dövlətinin əsas strukturları bu cür təhlükələrin qarşısını dərhal almağa qadirdirlər. Bu cür cəhdlər də bundan sonra heç bir nəticə verməyəcək. Artıq Türkiyə dövləti 35-40 il əvvəli dövründən fərqli dövrünü yaşamaqdadır.

Mən hesab etmirəm ki, artıq hansısa bir qrum, təşkilat Türkiyədə dövlət çevrilişi etmək iqtidarındadır. Bu baxımdan hesab etmirəm ki, son baş verən hadisə Türkiyə dövləti üçün hansısa bir təhdid yaradır”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar