Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanın baş naziri: Ölkənin “ukraynalaşması” yolverilməzdir...

Kobaxidzenin sözlərinə görə, “xarici agentlər haqqında” yeni qanun respublikanın suverenliyini qorumaq üçün hazırlanıb...

Poliqon xəbər verir ki, Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze “xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsinin zəruriliyini müdafiə edərək bildirib ki, respublika hakimiyyəti ölkənin “ukraynalaşdırılmasını” istəmir.

Qeyd edək ki, Venesiya Komissiyası bundan əvvəl Tbilisini “qanunu indiki formada ləğv etməyə” çağırıb. Komissiyanın fikrincə, sənəd Avropa İnsan Haqları Konvensiyasının maddələrində əks olunan ciddi tələblərə cavab vermir. Komissiyada qeyd edib ki, yeni qanunun əsas çatışmazlıqları mənfi nəticələrə gətirib çıxaracaq. Ekspertlər xüsusən, fikir ifadəsi, şəxsi həyatın toxunulmazlığı, ictimai işlərdə iştirak və ayrı-seçkiliyin qadağan edilməsi üçün təhlükə görüblər.

Baş nazir araşdırmanın nəticələrini tənqid edərək bildirib ki, Venesiya Komissiyası “şəffaflığa ehtiyac olmadığını yazmağa məcbur olanda absurdluğa düşüb”. Kobaxidze qeyd edib ki, bu yolla komissiyanın heç bir arqumenti qalmayıb.

“Biz əsas məsələlərdə razılığa gələ bilmirik, bəziləri suyu bulandırmaq istəyir, biz istəmirik, bəziləri burada “Maydan” istəyir, biz istəmirik, bəziləri burda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir, biz istəmirik”, deyə Gürcüstan hökumətinin başçısı vurğulayıb.

Kobaxidze yuxarıdakıları fikir ayrılığının əsas səbəbi adlandırıb və vurğulayıb ki, “əsas məsələ fikir ayrılığının mövzusudur”, deyə müzakirələr yersizdir.

Kobaxidze qeyd edib ki, Gürcüstan hakimiyyəti ölkənin “ukraynalaşmasına” yol verməməlidir və bu, qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsində şəffaflıq tələb edir. O, əlavə edib ki, bu QHT-lər iki dəfə ölkədə inqilab etməyə cəhd ediblər.

Qey edək ki, Gürcüstan parlamenti mayın 14-də xarici agentlər haqqında qalmaqallı qanunu üçüncü və yekun oxunuşda qəbul edib. Bir neçə həftədir ki, Tbilisidə kütləvi etirazlar başlayıb. Mayın 18-də Gürcüstan prezidenti qanuna veto qoyub.

Çərşənbə günü, mayın 22-də dövlət katibi Entoni Blinken bildirib ki, ABŞAvropa İttifaqı bu qanuna görə Gürcüstana qarşı tədbir görmək niyyətindədir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar