Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sovet dönəmində uşaqları öldürməyən qızılca indi niyə öldürür?..

Hər həftə qızılcadan uşaqların ölməsi barədə xəbərlərinə rast gəlinir. Qızılcadann ən yüksək səviyyədə müalicə alan uşaqlar niyə tələf olurlar?..

Zamirə Ədilova: “Müşahidələr göstərir ki, risk qrupuna daxil olan və yanaşı xəstəlikləri olan, eləcə də peyvənd olmayan şəxslər xəstəliyi daha ağır keçirir və ölüm halları da bu həssas əhali qrupu üzrə qeydə alınır”.

Rasif Bağırov: “Adətən qızılca müalicələri düzgün aparılmır. Buna görə də, çox vaxt qızılca tutan adamların xəstəliyi ölümlə nəticələnir”.

Bildiyimiz kimi qızılcadan ölüm halları artır. Demək olar ki, hər həftə qızılcadan uşaqların ölməsi barədə xəbərlərinə rast gəlinir. Sovet dövründə demək olar ki, hər evdə qızılca keçirən uşaq olurdu, heç biri də ölmürdü. Qeyd edək ki, həmin dönəmdə nə tibb indiki səviyyədə inkişaf etmişdi, nə də uşaqların indiki səviyyədə müalicə almaq imkanları vardı. Qızılcaya tutulan uşaqlar evdə müalicə alır və sadəcə bədənlərinə “zelenka” vurulurdu. Bunun xaricində, xüsusən də kənd yerlərində uşaqlar adətən başqa müalicə almırdılar.

Bəs, indi baş verir? Qızılcadann ən yüksək səviyyədə müalicə alan uşaqlar niyə tələf olurlar?Xəstəliyin təsirimi dəyişib, yoxsa burda bizim bilmədiyimiz başqa bir şey var?

Mövzunu Poliqon-un əməkdaşı TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamira Ədilova və həkim-terapevt Rasif Bağırov ilə müzakirə edib.

Zamira Ədilova: “Qızılca virusunun spesifik müalicəsi yoxdur, simptomatik müalicə isə həkim tərəfindən təyin olunur”.

Risk qrupuna daxil olan və yanaşı xəstəlikləri olan şəxslərdə ağırlaşmaların müşahidə olunduğunu bildirən TƏBİB rəsmisi Poliqon-a açıqlamasında qeyd edib ki, bu zaman xəstənin hospitalizasiyası və stasionar şəraitdə müalicəsi tövsiyə olunur:

“Qızılca insanlar arasında yayılan çox yüksək yoluxuculuğa malik virus xəstəliyi hesab olunur. Yaşından asılı olmayaraq, əvvəllər bu xəstəliyə yoluxmayan və ya qızılca, parotit və məxmərəyə qarşı (QPM) peyvənd almayan istənilən şəxs bu xəstəliyə yoluxa bilər. Müşahidələr göstərir ki, risk qrupuna daxil olan və yanaşı xəstəlikləri olan, eləcə də peyvənd olmayan şəxslər xəstəliyi daha ağır keçirir və ölüm halları da bu həssas əhali qrupu üzrə qeydə alınır.

Qızılca virusunun spesifik müalicəsi yoxdur, simptomatik müalicə isə həkim tərəfindən təyin olunur. Qızılca infeksiyasına yoluxmuş yüngül simptomlu xəstələrin müalicəsi həkim nəzarəti altında ev şəraitində, yataq rejimi gözlənilməklə aparılır. Risk qrupuna daxil olan və yanaşı xəstəlikləri olan şəxslərdə isə ağırlaşmalar müşahidə edilə bilər ki, bu zaman xəstənin hospitalizasiyası və stasionar şəraitdə müalicəsi tövsiyə olunur.

Zamira Ədilova: “Qızılcanın ağırlaşması kimi meningit, laringit, otit, qıcolmalar və ensefalitlər də inkişaf edə bilər”.

Xəstəliyin ilk simptomları halsızlıq, öskürək, hərarətin yüksəlməsi, konyunktivit (“qırmızı gözlər” simptomu) və zökəmdən ibarətdir. İlk simptomların başlanmasından sonra 2-4 gün ərzində bütün bədənə yayılan qızılca xəstəliyinə məxsus səpgilər meydana çıxır. Bu səpgilərdən əvvəl və ya eyni zamanda ağız boşluğunun selikli qişasında ağımtıl ləkələr müşahidə olunur. Bu ləkələr qızılcanın spesifik simptomu sayılır.

Xəstə insanla təmasdan ilk simptomların əmələ gəlməsinə qədər olan dövr adətən, 10-14 gün təşkil edir. Bəzən bu dövr 7 gün davam edir və çox nadir hallarda 23 günə qədər uzanır. Qızılca ilə əlaqəli pnevmoniya, inağ, orta qulağın iltihabı, ağız boşluğunda xoralar və ishal kimi ağırlaşmalar ən çox tənəffüs yollarına və ya həzm sisteminə təsir edir. Bununla yanaşı, qızılcanın ağırlaşması kimi meningit, laringit, otit, qıcolmalar və ensefalitlər də inkişaf edə bilər”.

Rasif Bağırov: “Gecimkə və səhv aparılan müalicə nəticədə uşaqların ölümünə səbəb olur”.

Bəzi həkimlərin xəstəlik qızılca olduğuna görə müalicə lazım olmadığını dediyini vurğulayan həkim-terapevt mövzu ilə bağlı Poliqon-a açıqlamasında bildirib ki, xəstəlik qızılca da olsa, sakit halda olan potolegen mikrobları oyadır və həmin mikroblar ağciyərdə, orqanizmdə müxtəlif potologiyalar yaratmağa başlayırlar:

“Qızılcadan ölüm hallarının sayının çoxalmasının bir neçə səbəbi var. Səbəblərdən biri ondan ibarətdir ki, adətən xəstələr və xəstə sahibləri gözləyirlər səpki meydana çıxsın, görsünlər həqiqətən də, xəstəlik qızılcadır. Səpki də xəstəliyin 3-4-5-ci günü meydana çıxır. Həmin müddət ərzində də xəstəyə aparılan müalicə prosesləri demək olar ki, səhv gedir.

Bəzi həkimlər deyirlər ki, qızılca olduğuna görə müalicə lazım deyil və özü gedəcək. Amma unudurlar ki, xəstəlik qızılca da olsa, sakit halda olan potolegen mikrobları oyadır və həmin mikroblar ağciyərdə, orqanizmdə müxtəlif potologiyalar yaratmağa başlayırlar. Bəzən də hesab edirlər ki, xəstəlik heç qızılca deyil. Buna görə yüngül dərman preparatlarından istifadə etməyə başlayırlar. 4-5-ci gün səpəndə isə müalicənin istiqamətini dəyişməyə başlayırlar.

Adətən qızılca müalicələri düzgün aparılmır. Buna görə də, çox vaxt qızılca tutan adamların xəstəliyi ölümlə nəticələnir. Yəni gecimkə və səhv aparılan müalicə nəticədə uşaqların ölümünə səbəb olur”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Ən çox oxunanalar