Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sosial rifahı yaxşılaşdıracaq özəlləşdirmə çekləri: “Vətəndaşların hüquqları tanınmalıdır” – Şərh

“Hafiz Hacıyev: "Özəlləşdirmə çeklərinin yenidən bərpa edilməsi vacib məsələdir"

Məhəmməd Əsədullazadə: "Çekləri əlində qalan vətəndaşların hüquqları tanınmalı və onların çekləri qiymətləndirilməlidir".

1996-cı il yanvarın 1-dən ulu öndər Heydər Əliyevin fərmanına əsasən, Azərbaycanda özəlləşdirmə çekləri dövriyyəyə buraxılıb və tədavül müddəti bir neçə dəfə rəsmi şəkildə uzadılıb. Sonuncu dəfə isə 2009-cu il tarixində tədavül müddəti artırılaraq 2011-ci il yanvar ayının 1-də başa çatıb. Hazırda özəlləşdirmə çekləri dövriyyədə olmasa da, dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir. Əlində çekləri olan şəxslər isə dövriyyənin yenidən bərpa olunmasını və hüquqlarının bərpa olunmasını gözləyirlər. Çünki bu çeklərin ləğvi rəsmi şəkildə qərara alınmayıb. Əlində çekləri qalan 24 mindən çox vətəndaş və ailələr haqqlarının geri qaytarılması üçün ölkə başçısı İlham Əliyevə Açıq Məktub ünvanlayıblar. Məktubda qeyd edilib ki, bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Bu çeklərin hər birinin dəyəri eynidir və özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub.

Mövzu ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Pia.az-a açıqlamasında bildirib ki, özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması dövlətin diqqət mərkəzində olmalıdır. Çünki bu çeklərin istifadəsi əhalinin maddi rifahının yüksəldilməsi və müəyyən problemlərin aradan qaldırılması baxımından müsbət təsirə malik ola bilər:

"Əlində çeki qalan vətəndaşların hüquqlarının bərpa olunması çox yaxşı təşəbbüs ola bilər. Çünki Azərbaycan xalqı o vaxtı əlində olan pulu özəlləşmə çeklərinə verdi. Lakin bir qrup dələduz özəlləşdirmə çeklərinin başına oyun açdı. Onlar milləti ruhdan saldılar. Bu məsələyə görə millətin dövlətin qanununa olan inamı itdi. Özəlləşdirmə çeklərinin yenidən bərpa olunması təqdirəlayiq addım olmaqla yanaşı, xalqın sınmış ümidini özünə qaytarar.

Düşünürəm ki, özəlləşdirmə çeklərinin yenidən bərpa edilməsi vacib məsələdir. Əgər özəlləşdirmə çekləri bərpa edilsə, bu kasıb insanların sosial vəziyyətinin nisbətən normallaşmasına kömək edə bilər. İstərdim ki, deputatlar və ölkənin müəyyən səlahiyyətli şəxsləri bu işdə öz müsbət rolunu oynasın".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə öz növbəsində qeyd edib ki, dövlət öz xalqının etimadını tamamilə itirməmək üçün vətəndaşların tapdanan haqqlarını bərpa etməli və özəlləşdirmə çeklərindən istifadə edə bilməyən insanlara dəstək göstərməlidir:

"Vaxtilə dövlət tərəfindən vətəndaşlara verilən qiymətli kağız olan özəlləşdirmə çekləri məhz sosial rifahın inkişafina hesablanmışdı. Sonradan bu sahədə olan boşluqlar çeklərin ucuzlaşmasına, dəyər-dəyməzə satılmasına, bəzi məmurların vəziyyətdən sui-istifadə edərək varlanmasına gətirib çıxardı. Hesab edirəm ki, çekləri əlində olan vətəndaşların hüquqları tanınmalı və onların çekləri qiymətləndirilməlidir. Çünki dövlətə etimad bununla formalaşır. Özəlləşdirmə çeklərinin yenidən tədavülü bir qrup vətəndaşın sosial yaşayışına da müsbət təsir edəcək".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Ermənistan dayanmadan silahlanır... - Bu sülh prosesini durdura bilər?

Ən çox oxunanalar