Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son günlərdə uşaqların hovuzlarda boğulması halları niyə artıb? - Foto

Artıq bu həftə ərzində ikinci dəfədir ki, azyaşlı hovuzda boğulur...

Onlardan biri vəfat edib, digərinin isə vəziyyəti ağırdır.

Bəzən azyaşlılara böyüklərin istifadə etdiyi hovuzlarda rast gəlirik. Bu düzgündürmü? Niyə hovuzda uşaqlar nəzarətsiz qalırlar? Azyaşlıların hovuzda rahat üzməsi üçün hansı təhlükəsizlik tədbirləri görülməlidir?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, hovuzlarda təhlükəsizlik qaydaları ciddi şəkildə təşkil edilməlidir:

“Orada boğulma, yıxılma, xəsarət alma ola bilər. Eyni zamanda, hovuzlarda suyun təmizliyi üçün əlavə edilən kimyəvi maddələr də insanların sağlamlığı üçün təhlükə yaradır. Bu qədər təhlükə riski təbii ki, təhlükəsizlik normalarına riayət edilməlidir.

Azyaşlılar və böyüklərin birlikdə çimməsi qadağandır. Uşaqlar və böyüklər ayrı hovuzlarda olmalıdırlar. Azyaşlılar çimən hovuzda suyun dərinliyi maksimum 70, böyüklər üçün 130-150 santimetr olmalıdır. Daha dərin hovuzlardan isə üzmə qabiliyyəti 25 metrdən artıq olanlar istifadə edə bilərlər”.

Ekspert deyir ki, hovuz ətrafında sertifikat alan xilasedicilər olmalıdır:

“Azyaşlılarda bir nəfər üçün dörd kvadratmetr su, böyüklər üçün isə bir nəfərə beş kvadratmetr su nəzərdə tutulur. 100 kvadratmetr sahəsi olan hovuza 80, 100 nəfərin eyni anda girməsi düzgün deyil. Hovuz ətrafında sertifikasiyası olan xilasedicilər, nəzarətçilər olmalıdır.

Orada hər 10 metrdən bir xilasetmə işarələri, ətrafı sürüşməyən materialdan olmalıdır. Hovuzun yanında plastik butulkadan istifadə etmək olmaz. Eyni zamanda, onun suyu hər 12 saatdan bir təmizlənməli, dərmanlanmalıdır. Suyun temperaturuna da diqqət etmək lazımdır”.
E.Nurəliyev vurğulayıb ki, hovuzdan ilk dəfə istifadə edən şəxslər həkim müayinəsindən sonra oraya buraxılmalıdır:

“Hovuza gələnlər təlimatlandırılmalıdırlar. Üzmə təlimlərinə gələnlərin tez bir halda peşəkarların üzdüyü hovuza buraxılması yolverilməzdir. Orada çalışanlar istifadə edən şəxslərin həyat və sağlamlığına məsuliyyət daşıyırlar.

Normalda nəzarətçi olmadan orada kiminsə üzməsinə icazə yoxdur. Qeyd edim ki, idman-sağlamlıq hovuzlarına gələnlərdən hər ay sağlamlıq arayışı tələb edilir. Hətta hər gün bu sənədi tələb edənlər var”.

Təbii ki, uşaqların bu cür vəziyyətə düşməsində nəzarətçilərlə bərabər valideynlərin də günahı var. Çünki onlar da uşaqları nəzarətsiz qoyurlar.

Ekspert deyir ki, valideynlər də uşaqları nəzarətsiz buraxmamalıdırlar:

“Kənarda olması bədbəxt hadisələri qaçılmaz edir. Azərbaycan Xəzər dənizi sahilində yerləşir, eyni zamanda göllər, çaylar var. Amma insanlar arasında da üzmə bacarığı olanlar çox deyil. Bunun üçün məktəblərdə dərs kimi tədris olunmalıdır.

Məsələn, Avropa ölkələrində üzgüçülük məcburi dərs kimi tədris olunur. Uşaqların bunu vərdiş halına gətirməsi lazımdır. Ən azından suda necə davranmaq lazım olduğunu biləcəklər”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay