Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR Özbəkistanda kimya və neft-qaz avadanlıqları istehsal edəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın Qaşqadərya vilayətində kimyəvi reagentlərin və neft-qaz avadanlıqlarının istehsalına başlamaq niyyətindədir.

“Report”un verdiyi məlumata görə, idxalın əvəzlənməsi məqsədilə Özbəkistanda kimyəvi maddələrin və qazma məhlullarının istehsalının yaradılması nəzərdə tutulur. Həmçinin quyuların əsaslı təmiri üçün avadanlığın hazırlanması və yataqların işlənməsi, həmçinin quyuların qazılması zamanı istifadə olunan qazma və sementləmə məhlulları üçün komponentlərin saxlanması və paylanması xidmətlərinin göstərilməsi də nəzərdən keçirilir.

Bildirilir ki, “Özbəkneftqaz” şirkətinin və SOCAR-ın “Neftqaz” Elmi-Tədqiqat Layihə İnstitutunun ekspert qrupları layihə üzrə ilkin biznes planın hazırlanmasını müzakirə ediblər.

Bundan başqa, “Özbəkneftqaz”ın işçi qrupu qazma və sementləmə məhlulları üzrə beynəlxalq sertifikat almış sınaq laboratoriyalarının fəaliyyəti ilə də tanış olub.

 
“Neftqaz” Elmi-Tədqiqat Layihə İnstitutu Özbəkistanda qazma və sementləmə məhlullarını öyrənmək üçün sınaq laboratoriyası tikməyi planlaşdırır.

Danışıqların nəticəsi olaraq, birgə İşçi Qrupunun üzvləri layihənin növbəti mərhələləri barədə razılığa gəliblər.

Poliqon.info 


Etiket: SOCAR


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"The Telegraph"ın sensasion iddiası... - Azərbaycan tərəfi  rəsmi Tehrandan açıqlama gözləyir...

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub

Elmar Məmmədyarov Polad Bülbüloğlunu əvəz edə bilər

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Ən çox şikayət olunan bankların adları açıqlanıb

Nazir keçmiş direktorunu "Aqroservis"ə sədr gətirdi

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Xaməneinin müşaviri: Ağır cəzaya hazırlıq başa çatıb

Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı övladları, digəri qohumunun 4 yaşlı qızıdır - Yenilənin

Biləsuvarda həkim xəstəyə hücum edib yumruqladı - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay