Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsdə cəhd edən şəxsin kimliyi məlum olub...

APA xəbər verir ki, Slovakiya mediası həmin şəxsin məşhur slovakiyalı yazıçı Yuray Çintula olduğunu bildirir.

71 yaşlı yazıçının müxalif “Proqressiv Slovakiya” partiyasının tərəfdarlarından olduğu qeyd edilib.

***

Sui-qəsdə məruz qalan Slovakiyanın Baş naziri Robert Fitsonun həyati təhlükəsi var.

APA xəbər verir ki, bu barədə Baş nazirin rəsmi “Facebook” hesabında məlumat verilib.

Bildirilib ki, Robert Fitso bir neçə güllə yarası alıb və o, vertolyotla Banska-Bistritsa şəhərinə aparılır, çünki kəskin müdaxilə zərurətindən onu paytaxt Bratislavaya çatmaq çox vaxt aparacaq.

Hər şeyin yaxın saatlarda həll olunacağı qeyd olunub.

***

APA xəbər verir ki, bu barədə yerli media yazır. Hadisəni törədən şəxsin motivləri aydınlaşdırılır.

Slovakiyanın Daxili İşlər Nazirliyi respublikanın Baş naziri Fitsonun həyatına sui-qəsd cəhdinin edildiyini təsdiqləyib.

Yerli media Baş nazirin həyatına təhlükə olmadığını yazır. "Reuters" xəstəxana nümayəndəsinə istinadən xəbər verir ki, Slovakiyanın Baş naziri xəstəxanaya gələrkən huşunu itirib, ona tibbi yardım göstərilib, vəziyyəti stabilləşib.

***

Slovakiya Baş naziri Robert Fitsonu güllələyən şəxsin Slovakiyanın Leviçe şəhərinin 71 yaşlı sakini olduğu üzə çıxıb.

Slovakiya Baş naziri Robert Fitso sui-qəsd nəticəsində döş qəfəsi və qarın nahiyəsindən üç güllə yarası alıb.

APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Baş nazirin vəziyyətinin ağır olduğu bildirilir.

***

Slovakiyada hökumətin səyyar iclasının keçirildiyi binada atışma olub.

Məlumata görə, Baş nazir Robert Fitso atışma zamanı yaralanıb. Onu xəstəxanaya aparırlar.

Qeyd edək ki, atəş açanın artıq saxlanıldığı bildirilir.

Poliqon.info

 


Etiket: Avropa Sui-qəsd


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - Fotolar

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı detallar məlum oldu

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Cahangir Hacıyevlə Penitensiar Xidmət arasında nə baş verib?

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Abid Şərifovun işdən çıxarılan kürəkəninin vəzifəsi kimə həvalə edildi?

Ən çox oxunanalar