Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyavuş Novruzov Naxçıvanın muxtar respublika statusunun ləğvindən danışdı

Deputat hesab edir ki, hazırda belə bir mövzunun ortaya atılması doğru deyil...

"Son günlər mətbuatda Naxçıvan Muxtar Respublikasının statusunun ləğv olunması ilə yazıların dərc olunması Azərbaycanda gedən erməni təbliğatı işindən və onların dəyirmanına su tökən bir qrup insanın təxəllüyündən başqa bir şey deyil".

PİA.az Report-a xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Şərqi Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin imzalanması və digər vacib məslələrlə bağlı iş gördüyü vaxtda belə bir mövzunun ortaya atılması doğru deyil:

"Bunu edənlər erməni və Fransa dəyirmanına su tökən, suyu bulandıran şəxslərdir. Həmin qüvvələrə qarşı kəskin mövqe ortaya qoyulmalıdır. Qars müqaviləsində Naxçıvanın statusu müəyyən olunub və 5 ölkə Naxçıvanın təhlükəsizliyinə zəmanət verib. Statusu götürməklə nə güdür və düşünürlər? Bununla hansı azərbaycançılıq və millətçilikdən danışmaq olar? Status nə etnik, nə də millidir, sadəcə, siyasidir. Naxçıvan Azərbaycandan ayrı düşdüyündən idarəetmə mexanizminin yüngülləşdirilməsi üçün muxtar status verilib. Dünya təcrübəsində də belə faktlar var. Hər iş bitib, bircə Naxçıvanın statusunun ləğvi qalıb".

Spiker Sahibə Qafarova isə vurğulayıb ki, Naxçıvanın statusuna heç kimin şübhəsi yoxdur və mətbuatda çox şey yazıla bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar