Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda dövlət qulluqçularının peşə bayramı qeyd edilib

23 iyun 2023-cü il tarixində Şirvan Şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısı Aparatında və şəhərdə fəaliyyət göstərən dövlət qurumlarında çalışan dövlət qulluqçuları iştirak edib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov dövlət qulluqçularını peşə bayramı günü münasibətilə təbrik edib, onlara çətin və məsuliyyətli işlərində uğurlar arzulayıb. Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ümumilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Ölkədə dövlət qulluğu sisteminin təkmilləşməsinə, dövlət qulluqçularının sosial müdafiəsinə göstərilən diqqət və qayğıdan bəhs edən İlqar Abbasov ölkə başçısı cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsinin bu sahədə çalışan insanların əməyinə verilən ən yüksək səviyyədə dəyərin təzahürü olduğunu söyləyib. Şəhərimizdə də dövlət qulluqçularının əməyinə yüksək qiymət verildiyini, son illərdə ölkə başçısı tərəfindən şəhər İcra Hakimiyyətində çalışan 10 nəfərdən artıq dövlət qulluqçusunun dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “tərəqqi” və “dövlət quluğunda fərqlənməyə görə” medalları ilə, o cümlədən 22 iyun 2023-cü il tarixli Sərəncamla Hüseynov Azər Ədalət oğlunun “dövlət quluğunda fərqlənməyə görə” medalı ilə təltif edildiyini diqqətə çatdırıb və Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirib. Sonra çıxış edən şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva ölkəmizdə dövlət idarəetmə sistemində həyata keçirilən islahatlar, vahid dövlət siyasətinin formalaşdırılması, dövlət qulluğunda kadr siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi, geniş hüquqi bazanın yaradılması və dövlət qulluğunun müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verib. Daha sonra şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə daimi dövlət qulluğuna yeni qəbul edilən şəhər İcra Hakimiyyəti başçısı Aparatının 4 əməkdaşı təntənəli surətdə dövlətə sədaqət andı içiblər. Tədbirdə bir qrup dövlət qulluqçusu dövlət qulluqçularının peşə bayramı münasibətilə və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif ediliblər. Sonda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Əsrin adamı” sənədli filmi nümayiş olunub.

Poliqon.info


Etiket: Şirvan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinə müavin təyin edilib

Bitum qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarılıb

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

Ən çox oxunanalar