Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda bərabər yaşadığı qadını döyən jurnalist saxlanılıb

Şirvan Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları Şirvan sakini, 1993-cü il təvəllüdlü Məmmədli Ayşən Hafiz qızının şikayəti əsasında əvvəllər qeyri-rəsmi nikahda yaşadığı Şirvan sakini, 1957-ci il təvəllüdlü Nağıyev Mirhüseyn Balağa oğlunu saxlayıb... 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, şikayətində 26 may saat 13.00 radələrində M. Nağıyevin qadının satıcı işlədiyi telefon mağazasına gələrək, onu insanların gözü qarşısında vəhşicəsinə döyərək baş nahiyəsindən xəsarətlər yetirdiyini bildirib. Keçirilən istintaq tədbirləri nəticəsində Mürhüseyn Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Baş vermiş hadisəni özündə əks etdirən videogörüntülər və şahidlərin izahatları əsasında saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Həmçinin istintaq tərəfindən müəyyən edilib ki, M.Nağıyev 2012-ci ildən 2018-ci ilədək A.Məmmədli ilə qeyri-rəsmi nigahda yaşayıb.

Mirhüseyn Nağıyev “Bizim vətən” ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktorudur.

Qeyd edək ki, saxlanılan şəxsin qadını döyməsi kadrları sosial şəbəkələr üzərindən geniş yayılıb.

pia.az 


Etiket: Döyülmə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

Ən çox oxunanalar