Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyxin qudası: "Elə ki Cəlal Əliyev vəfat etdi, hamısı töküldü..."

"Elə ki Cəlal Əliyev vəfat etdi, hamısı töküldü Hacı Qalibin üstünə, olmuşuq bunlar üçün "çörək ağacı""...

“Cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, baş prokuror Kamran Əliyevə, onun birinci müavini Elçin Məmmədova, Daxili İşlər Nazirliyinə məktub ünvanladıq ki, 4 ildir, şikayətimlə bağlı istintaq davam edir. Hazırda DİN-in özündə istintaq gedir. Buna baxmayaraq, işim iki ildir, mənə məlum olmayan səbəblərdən dayandırılıb, baxılmır. İki evim sabiq deputat Qalib Salahzadə tərəfindən sökülüb, dağıdılıb, yerlə-yeksan olub. Bu, məhkəmədə də sübut olunub. İstintaq sübut edib. Mənə demişdilər ki, evə qiymət qoy, mən də iki evə qiymət qoydum. İstintaq da mənim qiymətləndirməmi tanıyıb. Mənə zərərçəkmiş, Qalib Salahzadəyə də zərərvuran statusu veriblər. Baş Prokurorluğun "qaynar xətt"inə deyirəm, təsdiq edirlər ki, “bəli, şikayətiniz var, cavablandıracağıq”. İyulda, avqustda, sentyabrda ayrı-ayrı məktublar yazmışam, cavablandırmayıblar...”

Bu sözləri Pravda.az-a zərərçəkmiş vətəndaş Seymur Quliyev deyib.

O bildirib ki, məsələ ilə bağlı cinayət işi açılıb: "Qalib bu əməli törədəndə Milli Məclisin deputatı idi. Qalib Salahzadəyə dedim ki, Əsədova, cənab Prezidentə məktub yazacağam. Qalib üzümə dedi ki, “Kimə istəyirsən yaz” Bu adam özünə arxayındır, açıq-aşkar da etiraf edir. Hər yerdə mənə deyirlər ki, “filankəsin qudasıdır”, “deputat atasıdır”. Mən də deyirəm, belə çıxır ki, Qalib qanundan üstündür? Qanun bunlar üçün heç nədir”.

Vətəndaşın şikayəti ilə bağlı Qalib Salahzadənin də mövqeyini öyrəndik. Sabiq deputat saytımıza açıqlamasında Seymur Quliyevin dediklərini inkar edib: “Seymur Quliyev ruhi xəstədir. Tək özü yox, qardaşları da. Bunlar həyat yoldaşım tərəfdən qohumlarımdır. Onları bu işlərə cəlb edən adamlar var. Dəfələrlə araşdırma gedib. Sabiq baş prokuror Zakir Qaralov 20 il mənimlə düşmənçilik edib. O, mənə nə yaxşılıq edə bilər? 2004-cü ildən Seymur Quliyev bütün aidiyyatı qurumları narahat edir. Daxili işlər nazirinin sabiq müavini general Rəhim Quliyev, bir də onun oğlu, Konstitusiya Məhkəməsində Aparat rəhbəri Rauf Quliyev. Seymur onların köməkliyi ilə bu işləri görür. Allah Cəlal Əliyevə rəhmət eləsin. Nə qədər ki, Cəlal Əliyev sağ idi, səsləri çıxmırdı. Elə ki kişi getdi rəhmətə, hamısı töküldü Hacı Qalibin üstünə, olmuşuq bunlar üçün “çörək ağacı”. Seymurdan istifadə edirlər. 2013-cü ildə Əmlak Məsələləri Dövlət Xidmətindən hərrac yolu ilə torpaq almışam. Seymur da hansısa yolla gedib 2017-ci ildə mənim çıxarışımın üstünə çıxarış alıb. Kimin tapşırığı ilədir bu? Bilən də, bilməyən də haqdan, ədalətdən danışır. Məgər torpağı adi vətəndaşdan almışam? Dövlət torpağı olub, 240 min manat pul ödəyib, almışam. Kimdir o? Seymuru həyatım boyu iki dəfə görmüşəm. Seymurun özünü hüquq-mühafizə orqanları tutub aparmalıdırlar...”.

pia.az


Etiket: Hacı Qalib


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranda səsvermə gecə yarısına qədər uzadılıb - Yenilənib

Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi"

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdılar: "Səhərə kimi yatmamışıq"

Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə şad xəbər

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Taksilərlə bağlı ciddi problemlər olacaq - Video

Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır

Dünyada çox güclü maqnit qasırğası başladı - Yenilənib

Ən çox oxunanalar