Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyxdən sonra sabiq nazir də xaricdəki şirkətini bağladı - İctimai qınaq, yoxsa...

Keçmiş nazir Hüseynqulu Bağırov ailəsinə məxsus çoxsaylı şirkətlər barədə sənədlər yayılandan sonra bəzi profilaktik tədbirlərə əl atıb

PİA.az Muxalifet.az-a istinadla xəbər verir ki, bu haqda məlumatı jurnalist Cavanşir Həsənli yayıb.

O, bildirib ki, sabiq ekologiya və təbii sərvətlər naziri Londonda qızı Sevinc Bağırovanın adına olan STAMINA CONSULTANCY & DEVELOPMENT LIMITED (şirkət qeydiyyat nömrəsi: 07838302) şirkətini bağlamaq üçün qızının adından Britaniya ədliyyəsinə rəsmi müraciət edib.

Müraciət 2019-cu ilin fevralın 5-də reyestrə daxil edilib. Müraciətdə sözügedən şirkətin ləğvi xahiş edilir. Martın 13-dən şirkət rəsmən ləğv olunub. Yeri gəlmişkən bu şirkət 2011-ci ilin 8 noyabrından fəaliyyətdə idi.

Hüseynqulu Bağırov daha bir şirkəti ilə bağlı da diqqət çəkən addım atıb. Belə ki, o, qızının adına olan NORDFİELDS İNVESTMENTS LİMİTED (qeydiyyat nömrəsi: 08557695) şirkətini bu il martın 13-dən bacısı Düriyyə Nuriyevanın adına keçirib.

Şirkətin 30 mart 2019-cu ildə Hüseynqulu Bağırovun qızının imzası ilə reyestrə daxil edilən sonuncu maliyyə hesabatına görə, keçmiş nazirin təkcə bu şirkətdəki cari aktivləri 1 milyon 860 min 945 funt sterlinqə (təxminən 2,5 milyon dollar) çatıb.

Keçmiş nazirin oğlunun Almaniyanın Wuppertal şəhərindəki WU IMMO CENTER Gmbh şirkətinin aktivlərində də ciddi artım müşahidə olunub və son hesabata görə 6 milyon 170 min avrodan 10,9 miyon avroya çatıb.

Xatırladaq ki, bir neçə gün əvvəl QMİ sədri Allahşükür Paşazadə də yayılan sənədlərdən sonra Şexiyadakı şirkətini bağlamışdı.

 

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

Türkiyədə daha bir onlayn platformaya giriş bağlandı    

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Paris-2024: Azərbaycan güləşçisi bürünc mükafat uğrunda görüşdə uduzub

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var - Yenilənib

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Ən çox oxunanalar