Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna ordusunun nəzarətə götürdüyü Kursk vilayəti növbəti "hücum"a məruz qaldı - Video

Ukrayna ordusunun nəzarətə götürdüyü Kursk vilayətində internet resursları kütləvi haker hücumuna məruz qalıb...

Oxu.Az-ın "İnterfaks.ru"ya istinadən xəbərinə görə, bu barədə regional hökumətin Mətbuat Xidmətindən məlumat verilib.

"Bu gün Kursk vilayətinin internet resursları kütləvi DDoS hücumuna məruz qalıb. Nəticədə bir çox xidmətlər sıradan çıxıb və müvəqqəti olaraq giriş mümkün deyil. Regional Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinin mütəxəssisləri mümkün qədər tez bir zamanda resurslarının fəaliyyətinin bərpa edilməsi üçün səfərbər olublar", - deyə məlumatda bildirilib.

***

İnternetdə "Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) döyüşçülərinin Ukrayna ordusunun hücum etdiyi Kursk vilayətinə göndərilməsini əks etdirən kadrlar yayılıb.

Oxu.Az xəbər verir ki, görüntüləri rusiyalı hərbi müxbir Yeqor Quzenko dərc edib.

Videoda yük maşınının arxasında olan "Vaqner"çilərdən birinin öz döyüş yoldaşlarını ruhlandırdığı görünür.

Qeyd edək ki, Ukrayna ordusu ötən gündən Rusiyanın Kursk vilayətinə hücum edib və 11 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Hazırda şiddətli döyüşlərin davam etdiyi bildirilir.

Poliqon.info

 


Etiket: Kursk vilayəti


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Sabah Bakının bir hissəsində və daha 3 rayonda qaz olmayacaq

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Ən çox oxunanalar